“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan üçün tarixi hadisə idi
Tarix: 17.09.2019 | Saat: 13:31:00 | E-mail | Çapa göndər


“Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 216 dəfə, adambaşına düşən məhsul isə 162 dəfə artıb. Ölkədə işsizlik səviyyəsi 3 dəfə, yoxsulluq isə 10 dəfədən çox azalıb

Sentyabrın 17-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminar keçirilib. Tədbiri Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev açıb. O bildirib ki, 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişinin imzalanması yenicə müstəqillik qazanmış Azərbaycan üçün tarixi hadisə idi. Bu müqavilə böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin gərgin zəhməti hesabına imzalandı. Ulu Öndər bu sazişə, sadəcə, Azərbaycana firavanlıq gətirəcək iqtisadi müqavilə kimi baxmırdı. O, “Əsrin müqaviləsi”ni həm də Azərbaycanın istiqlalını qoruyacaq zireh kimi görürdü. Müqavilədə dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkəti iştirak edirdi. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyuldu. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev seminarda çıxış edərək "Əsrin müqaviləsi"nin tarixindən və əhəmiyyətindən danışıb. O bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan neft-qaz hasilatı sahəsində dünyanın ən müasir texnologiyalarını ölkəyə cəlb edə bildi. Məhz bunun nəticəsində “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanda neft hasilatı 5 dəfəyə yaxın artdı. Uğurla tətbiq edilən neft strategiyası nəticəsində artıq platformaların tikintisindən tutmuş dərinsulu hissələrdə qazma işlərinə, neft-qaz hasilatına kimi dəyər zəncirinin bütün mərhələlərində Azərbaycan yerli imkanlarla bu işlərin öhdəsindən gələ bilib. Energetika nazirinin müavini Elnur Soltanov “Əsrin müqaviləsi”nin həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünya miqyasında bağlanan ən iri sazişlərdən biri olduğunu deyib. Qeyd edib ki, o vaxtdan bəri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsinə təqribən 33 milyard dollardan çox sərmayə qoyulub. Bu gün bütün Azərbaycan xalqı bu sazişin gözəl nəticələrini öz həyatında görür. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 216 dəfə, adambaşına düşən məhsul isə 162 dəfə artıb. Ölkədə işsizlik səviyyəsi 3 dəfə, yoxsulluq isə 10 dəfədən çox azalıb.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, dünyanın ən zəngin qaz yataqlarından biri olan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə istismarı dayandırılıb, yatağın potensial imkanları təyin edilməyib. 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olmasını aşkar edib və nəticə gözləniləndən böyük olub. Yataqda 1,2 trilyon kubmetr qazın olması ehtimal edilir. Bu, dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunur. Sonrakı illərdə “Ümid” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı. Seminar mövzu ətrafında digər çıxışlar və müzakirələrlə davam edib.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Azərbaycana 10 min tonadək çay idxal edilib
22.10.2019
Sumqayıtda şüşə lövhələrin istehsalı zavodunun inşası gələn il başa çatacaq
22.10.2019
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22.10.2019
“Azeri Light”ın bir barreli 62,76 dollara satılır
22.10.2019
Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info