Diaspor sədri əl-Əzhər Universitetinin rektoru ilə görüşüb
Tarix: 17.09.2019 | Saat: 13:37:00 | E-mail | Çapa göndər


“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov dünyanın ən qədim və ən böyük universitetlərindən olan əl-Əzhər Universitetinin rektoru, professor Məhəmməd əl-Məhrasavi ilə görüşüb. Bu haqda “Palitra”ya Seymur Nəsirov özü məlumat verib.
Görüşdə ölkələrimiz arasında tarixi, mədəni və siyasi əlaqələrdən söhbət açılıb. S.Nəsirov xalqlarımız arasında əlaqələrin inkişafında Azərbaycan dilinin tədrisinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bildirərək, Azərbaycan dilinin tədrisinə verdiyi dəstəyə görə cənab Məhəmmədə öz təşəkkürünü bildirib. Diaspora sədri Azərbaycan dili və ədəbiyyatının tədrisində hər dəstəyi verməyə hazır olduğunu qeyd edib.
Görüşün ən əsas mövzularından biri Azərbaycan İlahiyyat İnstitutu ilə əl-Əzhər Universiteti arasında əlaqələrin qurulması olub.
S.Nəsirovun Azərbaycana etdiyi səfər çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla görüşüb. Rektorla Azərbaycan İlahiyyat İnstitutu ilə Misir universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında ətraflı məlumat verən Ceyhun Məmmədov ali məktəbin xarici ölkə universitetləri ilə o cümlədən əl-Əzhər Universiteti ilə əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edib.
Cənab Məhəmməd Azərbaycanın Misirlə dost və qardaş ölkə olduğunu bildirərək hər zaman Azərbaycan universitetləri ilə əməkdaşlıq etməyə və əl-Əzhər Universitetində təhsil alan azərbaycanlı tələbələrə lazımi dəstəyi verməyə hazır olduğunu qeyd edib.
Sonra Rektor Əl-Əzhər Universitetində təhsil alan tələbələrə verdiyi dəstəyə görə S. Nəsirova öz təşəkkürünü bildirib. Görüşdə prorektor Dr. Əşrəf Atiyya da iştirak edib.
Qeyd edək ki, ƏL-Əzhər Universiteti 972- ci ildə fəaliyyətə başlayıb və hal-hazırda dünyanın 115 ölkəsindən olan tələbə orada təhsil alır. Adı çəkilən universitetdə tələbələrin ümumi sayı yüz minlərlədir. Bu universitetin Humanitar fənlər fakültəsində 300-dən çox tələbəyə Azərbaycan dili tədris olunur. Tədrisi diaspor sədrinin köməkçisi İnarə Osmanova aparır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Castin Rouz “Türk Hava Yolları”nın 2019-cu il “Açıq Qolf Turniri”ndə tarix yazmaq istəyir
21.10.2019
Paşinyanın “inkişaf” yalanı ifşa edilib
21.10.2019
Hər daşında bir tarix yatan Dənizli
21.10.2019
Rusiyanın Şimali Qafqaz Federal Dairəsi üzrə diaspor təşkilatı yaradılır
21.10.2019
Müstəqillik Günü Jitomir şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info