Prezident Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib
Tarix: 17.09.2019 | Saat: 14:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanı qəbul edib. AZƏRTAC xəbər verir ki, Natiya Turnava Gürcüstanın Baş Naziri Georgi Qaxarianın salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olundu. Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi hesabına ticarət dövriyyəsinin genişləndirilməsi, tranzit yükdaşımalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə edilməsi məsələləri müzakirə edildi, energetika, sərmayə qoyuluşu, elektroenergetika, turizm sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Baş Nazir Georgi Qaxarianın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş Nazirinə çatdırmağı xahiş etdi.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
ƏƏSMN-nin bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib
22.10.2019
Müstəqil dövlət qurmaq xalqın intellekt səviyyəsinin, iradəsinin və gücünün təcəssümüdür
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info