Türk Hava Yolları “2020-ci ilin beşulduzlu qlobal hava yolları şirkəti” adına layiq görülüb
Tarix: 17.09.2019 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


126 ölkəyə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviasiya sahəsində güvənilən və söz sahibi olan APEX (Sərnişinlərə Xidmət Assosiasiya) tərəfindən “2020-ci ilin beş ulduzlu qlobal hava yolları” adına layiq görülüb. 9 sentyabr tarixində Los Ancelesdə tuzim sahəsinin mütəxəssislərinin iştirakı ilə builki APEX -in hava yolları şirkətlərinin rəsmi reytinqi açıqlanıb. Reytinq sərnişinlərin 2018-ci ilin iyulundan 2019-cu ilin iyun ayına qədər dünya üzrə 600 avia-şirkət tərəfindən həyata keçirilmiş milyondan çox uçuşu dəyərləndirməsi nəticələrinə əsaslanaraq hazırlanıb. Sərnişinlər şirkətləri 5 kateqoriyada – oturacaqların rahatlığı, salon xidməti, qidalanma, əyləncə və “Wi-Fi” üzrə 5 ballıq şkalaya görə qiymətləndirib. “Türk Hava Yolları” artıq üçüncü dəfə ardıcıl olaraq bu mükafata layiq görülür.
“Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib ki, şirkətin əsas məqsədi sərnişinlərinə hər aspektdə ideal xidmət göstərməkdir:”Biz müştərilərimiz tərəfindən yüksək ballar almağımıza görə çox şadıq. APEX-ə və bütün sərnişinlərə əməyimizi üçüncü dəfə ardıcıl olaraq dəyərləndirdikləri üçün minnətdarıq”. APEX sərnişinlərin rəyləri əsasında reytinq tərtib edən ilk şirkətdir.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info