BDU rektorunun birinci kurslarla görüşləri başlayıb
Tarix: 17.09.2019 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin birinci kurs tələbələri ilə görüşləri başlayıb. İlk olaraq Jurnalistika, Biologiya, Tarix və Filologiya fakültələrinin tələbələri ilə ayrı-ayrılıqda baş tutan görüşdə rektor Elçin Babayev respublikamız və əksər dünya dövlətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamış universitetin tarixi, inkişaf mərhələləri, tədris və elmi fəaliyyəti, sosial həyatı ilə bağlı məlumat verib, görülən işlər, yaradılan imkanlar barədə danışıb.
E.Babayev universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək bəzi auditoriya və konfrans zallarının, laboratoriya və dəhlizlərin, o cümlədən yataqxana binasının yenidən qurulduğunu, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeməkxana kompleksinin müasir standartlara cavab verən vəziyyətə gətirildiyini və keyfiyyətli qida ilə təmin edildiyini diqqətə çatdırıb.
Davamlı olaraq tələbələrlə görüşəcəyini vəd edən rektor bildirib ki, istək və arzuları, təklif və problemləri olacağı təqdirdə Əsas tədris binasında qoyulmuş xüsusi qutu və universitetin rəsmi bsu.edu.az saytının “Tələbədən rektora” bölməsi vasitəsilə yazılı müraciət edə bilərlər. Bakı Dövlət Universitetinin 100 yaşının tamam olduğu ildə onun bir üzvünə çevrilməyin şərəfindən danışan rektor nümunəvi tələbə, yaxşı vətəndaş olaraq ölkənin, universitetin, ailənin və dostların etimadını doğrultmaq, milli-mənəvi dəyərlərə ehtiramla yanaşmaq, universitet təəssübkeşi olmaq, onun şərəfini və heysiyyatını qorumaq istiqamətində bəzi tövsiyə və məsləhətlərini verib.

Tural




 
Bölməyə aid digər xəbərlər
11.07.2020
Magistraturaya qəbul olunan bakalavrların nəzərinə
11.07.2020
UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir
11.07.2020
Azərbaycan BMT-nin təhsil proqramında təmsil olunub
10.07.2020
Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyası sona çatıb
10.07.2020
BMU-da onlayn “Məzun günü” keçirilib- VIDEO

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
2 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
3 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
4 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
5 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info