“İrəli” -nin əməkdaşları İspaniyada beynəlxalq layihədə
Tarix: 17.09.2019 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən bildirilib ki, təşkilat gənclərlə iş sahəsində beynəlxalq təcrübənin də öyrənilməsinə geniş yer verir.
“İrəli” İctimai Birliyinin əməkdaşlıq etdiyi “Youth for Exchange and Understanding" təşkilatının İspaniyanın Mollina şəhərində keçirilən “Somewhere under the rainbow” layihəsinin mövzusu gənclərlə iş sahəsində, həmçinin qeyri-formal təhsildə yeni metod və üsulların öyrənilməsi və üzv təşkilatların gənclərlə işləyən şəxslərinə ötürülməsindən ibarətdir. “İrəli” İctimai Birliyi yerli səviyyədə gənclərlə iş, qeyri-formal təhsil metodlarını inkişaf etdirməklə yanaşı, eyni zamanda beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi imkanlarına geniş yer ayırır. Bu layihə daha öncə Belçika və Serbiyada birinci və ikinci mərhələləri təşkil olunan "The Wonderful Wizards of Youth Work” layihəsinin son addımıdır. 10-dan çox ölkənin təmsil olunduğu layihədə "İrəli" İctimai Birliyinin baş katibi Şahin Rahmanlı və Beynalxalq əlaqələr üzrə katibi Diana Seyidova iştirak edirlər. Qeyd edək ki, bu layihə eyni zamanda dünyanın 50-dən çox ölkəsindən iştirakçısı olan Gənclər və İnkişaf Universitetinin nəzdində təşkil olunur. Fəaliyyətə başlamasının 20 ili tamam olan Universitetin builki ana məqsədi gənclərin dünyada sülh və ədaləti yaratmasından ibarətdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Səfər Mehdiyev Yevlaxda vətəndaşları qəbul edəcək
22.10.2019
Simpozium iştirakçıları Əhməd bəy Ağaoğlunun məzarını ziyarət edib
21.10.2019
“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info