“KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr”
Tarix: 17.09.2019 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


“Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və radiosu Bakıda Azərbaycanın KİV nümayəndələri üçün “SputnikPro” layihəsinin növbəti moduluna start verir. Onlayn və çap mətbuatının jurnalistləri ilə görüşdə rusiyalı media-menecer, internet-texnoloq, “Rossiya seqodnya” agentliyinin dövlət internet layihələri müdirliyinin direktor müavini İrina Kedrovskaya iştirak edir. “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində keçirilən “SputnikPro” layihəsinin növbəti görüşü “KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr” mövzusuna həsr olunub. Dinləyicilər məkan və zaman səddini aşmağa, mövcudluq effekti yaratmağa imkan verən rəqəmsallaşma və multimedianın imkanları ilə tanış olacaqlar. İrina Kedrovskaya irimiqyaslı internet portalların nümunəsində konkret nümunələri jurnalistlərlə bölüşəcək. Qeyd edək ki, “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və radiosunun “SputnikPro” layihəsi jurnalistlər, bu sahəyə uyğun ali məktəblərin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və mediamühitin digər mütəxəssisləri üçün nəzərdə tutulub, habelə onların xarici həmkarları ilə təcrübə mübadiləsinə, mediakommunikasiyaların və peşəkar əlaqələrinin inkişafına istiqamətlənib. Müxtəlif formatlarda mövcudluğu dövründə layihədə 80-dən çox ölkənin nümayəndələri iştirak ediblər. Əyani aparılan “SputnikPro” ustad dərsləri Belarus, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və digər ölkələrdə keçirilib. Azərbaycanda “SputnikPro” yeddinci dəfədir ki, təşkil olunur.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı
19.10.2019
Gələn ildən məktəb və uşaq bağçalarının yaxınlığında enerji içkilərinin satışına icazə verilməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info