“Bu gün heç kim etibar edib Ermənistana borc vermək istəmir”
Tarix: 17.09.2019 | Saat: 15:30:00 | E-mail | Çapa göndər



«Qolos Armenii»:
”Pulun çatmadığını görən baş nazir və onun ətrafının bircə yolu qalır – ölkənin əsas xərclərinə qənaət etmək”

«Bu ilin avqustunda, 2015-ci ildən bəri ilk dəfə xarici dövlət borcunun azaldılması tendensiyası qeydə alınıb». «News.am»ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz «Facebook» səhifəsində yazıb.
Maraqlıdır ki, Paşinyan xarici dövlət borcunun azalmasını da apardığı «uğurlu fəaliyyətinin yekunu» olduğunu gizlətməyə çalışmır. O, «bu, bizim dövlət vəsaitlərinin səmərəli xərclənməsi üçün qarşımıza qoyduğumuz aydın bir məqsədin nəticəsi kimi qəbul edilməlidir»-deyə bildirir. Dünyanın qabaqcıl dövlətlərinin tanınmış qaydalarına uyğun iqtisadiyyat qurmağa çalışdıqlarını bildirən Paşinyan, bu gün ölkədəki dövlət vəsaitinin uğursuz layihələrə yönəlməsinin qarşısının alınmasında göstərdiyi xidmətlərini də “danmır”.
Qeyd edək ki, ermənilərin «Qolos Armenii» saytı bu dəfə də Nikolu cavabsız qoymayıb. Dövlət borcunun azaldılmasının bütün ölkələr üçün xarakterik olduğunu yada salan sayt, bunu erməni hökumətinin üzləşdiyi avtomatik vəziyyət kimi dəyərləndirir. O da maraqlıdır ki, sayt Ermənistandakı xarici dövlət borcunun artmamasını Nikolun dediyi kimi, «onun uğurlu fəaliyyətinin nəticəsi olaraq yox», sadəcə olaraq, bu ölkəyə artıq kredit vermək istəyənlərin olmaması ilə əlaqələndirir: «Bəli, Ermənistanın xarici dövlət borcunda az da olsa azalma müşahidə edilib. Amma unutmaq lazım deyil ki, bu, sizin fəaliyyətiniz nəticəsində baş verməyib. Unutmayın ki, siz hələ ki, köhnə kreditlərdə heç bir ödəniş etməmisiniz. Belə bir deyim var: sonun özü bir son deyil. Bu gün Ermənistanda borc, sadəcə olaraq, potensial donor kreditorunun məhdudlaşması səbəbindən böyümür. Ona görə də bunu Paşinyan hökumətinin adına yazmaq, elə də doğru olmazdı».
Paşinyanın əvvəlki açıqlamalarında Ermənistanı sənaye ölkəsi kimi gördüyünü xatırladan sayt, baş nazirin buna nail ola biləcəyinə də tərəddüdlə yanaşır: «Bu gün ölkədə kapital xərclərinin məhdudlaşdırılacağı, infrastrukturun inkişafına kapital qoyuluşlarına qənaət ediləcəyi təqdirdə, baş nazirin Ermənistanı necə sənaye ölkəsi edəcəyi maraq doğurur. Bu gün Nikol Paşinyan yaxşı bir həyatdan deyil, ölkənin «mütləq doğru yolda» olduğundan danışır. Məlum məsələdir ki, hökumətin vaxtilə elan etdiyi çoxsaylı sosial yönümlü proqramlara əlavə maliyyə lazımdır. Əslində, burada Paşinyan səlahiyyətlilərinin öz reytinqlərini qorumaq istəyi ilə məhdudlaşan proqramlar da mövcuddur. Beləliklə, rəsmiləri gizlətməyə çalışmalarına baxmayaraq, ölkədəki tutqun mənzərə artıq özünü büruzə verməkdədir. Bu gün, deyildiyi kimi, heç kim etibar edib Ermənistana borc vermək istəmir. Ölkədə isə xalqın tələbinə uyğun olaraq, pensiyaları, müavinətləri, maaşları artırmaq lazımdır. Bu gün pulun çatmadığını görən baş nazir və onun ətrafının bircə yolu qalır – ölkənin əsas xərclərinə qənaət etmək. Bəli, yenə də olmayan vəsaitə qənaət. Məgər budurmu reytinqi qorumaq üçün iqtisadi inkişafın əngəllənməsini nəzərdə tutan hökumətin «düzgün yolu»? Xatırladaq ki, hazırda reytinqinin əriməsindən qorxan Paşinyan hökuməti onun qorunmasına hər şeydən çox önəm verir.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Paşinyanin müttəfiqləri niyə narazidirlar?
19.10.2019
Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...
19.10.2019
Ukrayna əhalisinin sayı azalır
18.10.2019
Jitomir şəhərində Azərbaycan Mədəniyyət Günlərinə start verilib
18.10.2019
“Paşinyan məhkəmələri öz maraqlarına uyğun formalaşdırmağa başlayır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info