Bu ilin sonunda Bakıda Həştərxan Biznes Mərkəzi açılacaq
Tarix: 17.09.2019 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Həştərxan vilayətinin başçısı İqor Babuşkin Həştərxanda səfərdə olan Bakı şəhəri Nərimanov rayonunun icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC Həştərxan vilayəti qubernatoru Administrasiyasının mətbuat xidməti idarəsinə istinadla xəbər verir ki, görüşdə tərəflər gəmiqayırma, ticari-iqtisadi, sosial sahələrdə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Qubernator vəzifəsini icra edən İqor Babuşkin Olya limanında yeni xüsusi iqtisadi zonanın yaradılması perspektivlərindən bəhs edib və bu sahədə əməkdaşlığa çağırıb: “Biz bu liman vasitəsilə yükdaşımaların artırılması perspektivinə böyük diqqət yetiririk. O, cənubla şimalı, qərblə şərqi birləşdirəcək. Hesab edirik ki, bu liman zonasının inkişafı yükdaşımaların 15 milyon tona çatdırılmasına imkan verəcək”. Xəzərdə turizmin inkişafından danışan region rəhbəri xatırladıb ki, bu yaxınlarda Həştərxan-Bakı aviamarşrutu bərpa olunub. O, Azərbaycandan gələn reyslərin sayının artırılması məsələsinə baxılmasını da təklif edib. Qubernator vəzifəsini icra edən İqor Babuşkinin sözlərinə görə, dəniz kruiz marşrutunun da təşkili Xəzəryanı ölkələrin turizm marşrutlarını birləşdirəcək. Həştərxanda “Böyük Pyotr” adlı müasir və komfortlu gəminin inşası başa çatır. Bu nəqliyyat vasitəsi Xəzər dənizində turizm reyslərini həyata keçirəcək.
Hazırda Həştərxan vilayətində Azərbaycanın “KDY Logistics” şirkətinin logistik hab yaradılması ilə bağlı layihəsi üzərində iş gedir. Bu layihə vasitəsilə Azərbaycandan, İrandan, Türkiyədən, Türkmənistandan və Özbəkistandan Rusiyaya və MDB-nin digər ölkələrinə kənd təsərrüfatı məhsullarının daşınması həyata keçiriləcək. Regionunun başçısı Həştərxan vilayətində şirkət tərəfindən reallaşdırılan layihələrin əhəmiyyətini vurğulayıb və nəqliyyat habının formalaşması üçün hər cür şəraiti yaratmağa hazır olduğunu bildirib. 2018-ci ildən Həştərxan vilayətində Azərbaycan Biznes Mərkəzi fəaliyyət göstərir. Hazırda Bakıda da Həştərxanın analoji mərkəzinin tikintisi işləri davam edir və bu ilin sonunda onun açılışı nəzərdə tutulur. Abdin Fərzəliyev görüşdə bildirib ki, Mərkəzin yeddimərtəbəli binası paytaxtın mərkəzində yerləşəcək. Bu, ölkənin ən böyük biznes mərkəzi olacaq. Abdin Fərzəliyev region rəhbərini qubernator seçilməsi münasibətilə təbrik edib və Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu ona çatdırıb.

Abdin Fərzəliyev deyib: “Nümayəndə heyətimiz ildə ən azı iki-üç dəfə Həştərxanda olur. Bizim birgə humanitar və sosial layihələrimiz təkcə Azərbaycanda və Həştərxanda deyil, həmçinin bütün dünyada tanınır. Həştərxan Rusiyanın Azərbaycana ən yaxın subyektidir. Biz bu vilayətlə həmişə dost münasibətlər saxlamışıq. Düşünürəm ki, sizin qubernator vəzifəsinə seçilməyiniz əməkdaşlığımızın inkişafına əlavə təkan verəcək”.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info