Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva Azərbaycanda konsert proqramı ilə çıxış edəcəklər
Tarix: 17.09.2019 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Cari il 22, 23 noyabr tarixlərində Heydər Əliyev Sarayında Özbək musiqisinin dünya şöhrətli ulduzları, Özbəkistanın əməkdar artistləri, “Nixol” Dövlət mükafatı laureatları Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva möhtəşəm konsert proqramı ilə çıxış edəcəklər.
“Özbəkistandan sevgilərlə” adlı konsert proqramının “Özbəkistandan qonaqları Azərbaycan Respublikasının Xalq Artisti Mənsum İbrahimov, tanınmış meyxanaçı Tərlan Novxanı olacaqdır. Konsert proqramına Özbəkistanın “First Art Media” və “ARTEL” şirkətlərinin təşkilati dəstəyi ilə keçiriləcəkdir.
Qeyd edək ki, müstəqillik tarixində Özbək müğənnilərinin Azərbaycanın ən aparıcı konsert sarayında çıxışı ilk dəfədir ki, təşkil olunur və konsert proqramına böyük maraq olması gözlənilir.
Soykökü, dini, mədəniyyəti, adət və ənələri eyni olan xalqlarımız üçün bugünlərdə daha bir əlamətdar hadisə baş verdi.
Qardaş Özbəkistan Türk Əməkdaşlıq Şurasına üzv olmaq üçün rəsmi müraciət etdi.
Özbək musiqisinin ulduzu Yulduz Turdiyeva Azərbaycan musiqisevərlərinə müraciət edərək onlarla qeyd olunan tarixdə Heydər Əliyev Sarayında görüşməyi səbirsizliklə gözlədiyini bildirib. Yulduz Turdiyeva Azərbaycan səhnəsinin onlar üçün mühüm və doğma olduğunu qeyd edərək, məhz Bakıda Beynəlxalq Muğam Festivalında çıxışı və burada qələbə qazanmasının onun karyerasında dönüş nöqtəsi olduğunu vurğulayıb.
Qeyd edək ki, Yulduz Turdiyeva muğamla yanaşı, estrada janrına üstünlük verir və son zamanlar onun Özbəkistan səhnəsində çıxışı olduqca anşlaqla keçir.
Özbəkistanın gənc estrada ulduzu, istedadlı artist Uluqbek Raxmatullayev Almaniya, Türkiyə, ABŞ, Rusiya səhnəsində uğurla çıxış etdiyini, qardaş Azərbaycan səhnəsinin daha doğma və onun üçün mühüm olduğunu qeyd edib. Bakıda çoxlu dostlarının, pərəstişkarlarının olduğunu söyləyən gənc estrada ulduzu Bakı səhnəsini səbirsizliklə gözlədiyini vurğulayıb. Qardaş ölkənin hər iki ulduzu Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva Azərbaycanlı izləyicilərini, pərəstişkarlarını konsert proqramına dəvət etmişlər.





 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info