Azərbaycan rəqs kollektivi beynəlxalq festivalda qran-pri mükafatına layiq görülüb
Tarix: 17.09.2019 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


“Rəqsin sehri” adlı Beynəlxalq Festivalda dünyanın 20 ölkəsindən, habelə Özbəkistanın regionlarından çoxsaylı rəqs ansamblları iştirak edib. Ölkəmizi bu festivalda Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib. Festivalın təntənəli açılış mərasimi Xivədəki qədim “İçan Kala” Qoruq-muzeyinin “Ata darvaza” giriş qapısının qarşısındakı keçirilib.
İştirakçıları Özbəkistan Mədəniyyət nazirinin müavini Azadbek Nazarbekov və Xarəzm vilayətinin hakimi Farxod Ermanov salamlayaraq, Festivalın əhəmiyyəti, rəqs sənətinin xüsusiyyətləri, ilk dəfə olaraq Özbəkistanda keçirilən nüfuzlu tədbirdə dünyanın bir sıra dövlətlərinin yaxından iştirak etdiklərini qeyd ediblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov tədbirdə iştirak etmiş və bədii proqramda çıxış etmişdir. Ölkəmizdə mədəniyyət və incəsənətə dövlət qayğısından danışan P.Zeynalov bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib.
Festival çərçivəsində elmi-praktik konfrans, teatrlaşdırılmış şoular, xalq tətbiqi sənət nümunələrinin yarmarkası, Xarəzm yeməklərinin təqdimatı, bu sahələrdə usta dərslərinin keçilməsi və digər tədbirlər keçirilib. Azərbaycan rəqqasları festivalda üç milli rəqsimizi ifa ediblər. Sonuncu gün keçirilən Qala-Konsertdə münsiflər heyətinin qərarı ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı festivalın ali mükafatı-Qran-Priyə layiq görülüb.

Tural





 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info