Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
Tarix: 17.09.2019 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan külli miqdarda dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb. DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, qeyd olunan faktla əlaqədar Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsində yaradılmış əməliyyat qrupu müəyyən edib ki, dərman preparatları DAF markalı 99 RM 810/60 ZA 811 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sənədlərdən aldatma yolu ilə ölkə ərazisinə gətiriləcək, sonra isə Qazax rayon ərazisində eyni markalı digər nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanları ilə dəyişdirilməklə Bakı şəhərinə aparılacaq. Beləliklə, yaradılan əməliyyat qrupu sözügedən nəqliyyat vasitəsini nəzarətə götürüb. Nəzarətə götürülən həmin yük avtomobili 16 sentyabr 2019-cu il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olub və postun yaxınlığındakı rentgen qurğusundan keçməyərək birbaşa Qazax rayonun ikinci Şıxlı kəndinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlib. Qeyd olunan ərazidə Gürcüstandan dərman vasitələrini gətirən Azərbaycan Respublikası vətəndaşı Qədirov Xəqani Dilqəm oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanları açılaraq həmin əraziyə əvvəlcədən gətirilmiş eyni markalı, zahiri görünüşcə bənzəyən Azərbaycan Respublikasının vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi digər DAF markalı 99 RL 810 / 99 ZA 811 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat nişanları ilə dəyişdirilib və dərman vasitələri daşıyan nəqliyyat vasitəsi Bakı şəhəri istiqamətində hərəkətini davam etdirib. Sonra dövlət nömrə nişanı dəyişdirilən digər avtomobil rentgen qurğusundan keçmək üçün gömrük postuna yola düşüb. Əməliyyat qrupu dərhal Bakı şəhəri istiqamətində yola düşən, eyni zamanda rentgen qurğusundan keçmək üçün əraziyə gedən hər iki yük avtomobilini saxlayaraq “Qırmızı Körpü” gömrük postuna gətirib. Bundan sonra Azərbaycan Respublikasının vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi, ölkə ərazisinə 99 RM 810 / 60 ZA 811 dövlət nömrə nişanı ilə daxil olan, sonra dəyişdirilərək 99 RL 810 / 99 ZA 811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman nəqliyyat vasitəsinin yük yerində olan qutulardan mal müşaiyyət sənədlərində göstərilməyən 850 adda təqribi 2 milyon manat dəyərində dərman preparatları aşkar olunub.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Səfər Mehdiyev Yevlaxda vətəndaşları qəbul edəcək
22.10.2019
Simpozium iştirakçıları Əhməd bəy Ağaoğlunun məzarını ziyarət edib
21.10.2019
“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info