Paşinyanın «inkişaf strategiyası» ianə, diaspor və miqrant yardımlarına əsaslanır
Tarix: 18.09.2019 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


1 milyondan artıq vətəndaşın yoxsulluq səviyyəsindən aşağı şəraitdə yaşadığı ölkənin təxminən 35 faizdən çoxu işsizdir

“Mən xalqımın daşürəkliliyini və yekəxanalığını göstərmək istəyirəm. Ermənilər həqiqəti inkar etməyi xoşlayırlar. Onlar böyük-böyük danışmağı sevən, ikiüzlü millətdir”. Bu fikirlər bir başqasının deyil, “erməni tarixi”nin atası sayılan Movses Xorenasinin öz xalqı barədə etirafıdır. Bu gün “böyük-böyük” danışmağı sevən Nikol Paşinyan da məhz bu xalqın nümayəndəsidir. Hakimiyyətə gəlmək üçün min oyundan çıxan Nikolun erməni xalqına təlqin etməyə çalışdığı «Ermənistan 2050 – İnkişaf Strategiyası»nın reallaşacağına ölkədəki siyasətçiləri demirəm, görən elə baş nazirin özü inanırmı? Təbii ki, yox. Qeyd edilməlidir ki, İrəvanda son zamanların əsas müzakirə mövzularından olan «inkişaf strategiyası» ilə bağlı müzakirələr səngimək bilmir. Əslinə baxsaq, Ermənistandakı əksər iqtisadçılar bu «inkişaf strategiyası»nın reallaşacağına sadəcə olaraq, inanmırlar. Məsələ bundadır ki, primitiv iqtisadi modelə sahib olan bir ölkənin 30 il ərzində ümumi daxili məhsulu (ÜDM) 15 dəfə artırması inandırıcı görünmür. Təbii ki, iş fantastik proqnozlar verməklə bitmir, bunun iqtisadi əsası olmalıdır.

Xarici ianələr, diaspor və miqrantların ölkəyə köçürdükləri maliyyə vəsaitləri üzərində qurulan primitiv iqtisadi “model” «Ermənistan 2050-Strateji İnkişaf» sənədində göstərilən hədəflərə çatmaq potensialına sahib deyil

Qeyd edək ki, Ermənistan kimi kasıb bir ölkədən fərqli olaraq, zəngin resurslara malik başqa dövlətlərin də təcrübəsində 30 il ərzində 15 dəfəlik artım hələ ki, müşahidə edilməyib. Erməni baş nazir isə bütün bu deyilənlərə baxmayaraq yalan vədlər verməkdə davam etməkdədir. Belə ki, o, özünün şəxsi «Facebook» səhifəsində utopik vədlərlə xalqı sadəcə olaraq aldadır. Əslində isə Ermənistandakı reallıqlar başqa nüanslardan xəbər verir. Xatırladaq ki, Paşinyanın «inkişaf strategiyası»ndakı əsas bəndlərdən biri ölkədəki işsizliyin aradan qaldırılması ilə bağlıdır. Amma unutmayaq ki, Ermənistanın ağır iqtisadi şəraiti və maliyyə çatışmazlığı, bu gün də ölkədəki işsizlik həcminin yüksək qalmasına səbəb olmaqdadır. Belə ki, «müstəqilliyinin” ilk illərində tək rəqəmlə göstərilən işsizlik səviyyəsi 2018-ci ildə artaraq 17,71 faiz təşkil edib. Əslində, göstərilən rəqəm ölkədəki reallığı olduğu kimi əks etdirmir. Bunu bəzi erməni rəsmilər də təsdiq edirlər. Məsələn onların, ehtimalına görə, bu gün 1 milyondan artıq vətəndaşın yoxsulluq səviyyəsindən aşağı şəraitdə yaşadığı ölkənin təxminən 35 faizdən çoxu işsizdir. Təkcə onu bildirmək kifayətdir ki, Ermənistanda rəsmi statistikaya əsasən, bu gün əhalinin təxminən dörddə biri yoxsulluq səviyyəsindən də aşağı vəziyyətdə yaşamaqdadır. O da maraqlıdır ki, Asiya İnkişaf Bankı da Ermənistandakı yoxsulluq səviyyəsini artıq dünyanın ən geridə qalmış ölkələri ilə müqayəsə edir. Bununla yanaşı, Beynəlxalq Valyuta Fondu qarşıdakı illərdə Ermənistanın ümumi dövlət borcunun artacağını da istisna etmir. Məhz bu mənada, təkcə beynəlxalq ictimaiyyətdən deyil, həm də «yaxın bildiyi» bütün dövlətlərdən maliyyə dəstəyi uman bir dövlətin, 30 ildən sonra məvacibləri 7 dəfədən çox artıracağı ilə bağlı verdiyi vədlər, reallıqdan uzaq olan bir mifdır. Qeyd edək ki, bu gün Ermənistanın hələ də ayaqda duruş gətirməsinin səbəbkarı ölkə xaricində yaşayan ermənilərdir. Belə ki, erməni diasporu, (Qeyd edək ki, bu diaspor təşkilatlarının əksəriyyəti hələ də yardım məsələsində tərəddüd keçirirlər-müəl.) ölkə xaricinə miqrasiya edən işçilərin ölkəyə yolladıqları maliyyə vəsaitləri, onların ailələrinə yoxsulluq səviyyəsi ilə nisbi mübarizə aparmaqda kömək edir. Lakin bütün bunlara baxmayaraq etiraf edilməlidir ki, «xarici ianələr, diaspor və miqrantların ölkəyə köçürdükləri maliyyə vəsaitləri üzərində qurulan primitiv iqtisadi model «Ermənistan 2050-Strateji İnkişaf» sənədində göstərilən hədəflərə çatmaq potensialına sahib deyil”. Təbii ki, bütün deyilənlərə rəğmən bildirməliyik ki, Qarabağ münaqişəsi öz ədalətli həllini tapmayınca, Ermənistandakı rəzil durum davam edəcək. Ona görə də bu ölkədəki baş verən hər hansı bir hakimiyyət dəyişikliyi elə bir önəm kəsb etməyəcək və strateji sənədlər də kağız üzərində qalacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Səudiyyə Ərəbistanının tac şahzadəsi Çeçenistana səfər edəcək
14.10.2019
“Qolos Armenii”: “Paşinyan ölkəni cəhənnəmə çevirməkdədir”
13.10.2019
Putin MDB dövlət başçılarını Sankt-Peterburqdakı sammitə dəvət edib
12.10.2019
İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi
12.10.2019
Suriya ərazisindən Türkiyənin yaşayış sahəsi atəşə tutulub, ölənlər var

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info