Türkiyə paxlavası necə hazırlanır?
Tarix: 18.09.2019 | Saat: 23:49:00 | E-mail | Çapa göndər



İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən sizə paxlava təqdim edirik.


“Türkiyə şirniyyatı içində ən məşhuru hansıdır?” deyə soruşsanız, böyük əksəriyyət paxlava (baklava) deyə cavab verəcək.
Bayramların, toyların, gözəl günlərin şirin bəzəyidir paxlava. Xoş xəbərlərinizi, sevincinizi belə paxlava götürüb paylamaqla bölüşürsünüz.
Çox incə açılmış qat-qat xəmirin arasına çəkilmiş püstə, qoz və ya fındıq qoyub bişirilmək və şərbətlə daha da dadlandırılmaqla hazırlanan şirniyyatdır paxlava.
Bunu da mütləq vurğulayaq ki, paxlava təkcə Türkiyə deyil, Balkanlardan Orta Şərqə qədər geniş bir coğrafiyada bişirilən şirniyyatdır. Amma deqüstatorlar Türkiyədə ən yaxşı paxlavanın ölkənin cənub-şərq bölgəsində - Qaziantepdə edildiyini söyləyirlər.

Türkiyə paxlavası üçün bizə nələr lazımdır?
3 ədəd yumurta,
1 stəkan süd,
1 stəkan maye yağ,
1 çay qaşığı qabartma tozu, yəni droj,
1 yemək qaşığı sirkə,
dörddə bir qədər (¼) çay qaşığı duz,
5 stəkan un,
2 stəkan çəkilmiş qoz ləpəsi və ya püstə,
1 stəkan yarım stəkan qarşıdalı nişastası,
1 çay qaşığı limon suyu,
250 qram əridilmiş kərəyağı.

Paxlavanın şərbəti üçüncə bizə lazımdır:


4 stəkan şəkər tozu,
5 stəkan su,
yarım çay qaşığı təzə sıxılmış limon suyu.

Sıra gəldi paxlavanı bişirməyə.
Əvvəlcə paxlavanın canı olan xəmiri yoğurmağa başlayırıq. Bununçün unu dərin bir qaba töküb orta qismini barmaq uçları ilə hovuz kimi açın, yumurta, süd, maye yağ, qabartma tozu, sirkə və duzu ora əlavə edin. Hamısını yavaş-yavaş qarışdıraraq yumşaq bir xəmir hazırlayın. Xəmirin üzərinə nəmli parça örtərək 1 saata qədər otaq temperaturunda saxlayın ki, özünə gəlsin.
Gələn xəmiri 2 bir az böyük, 18 bərabər parçaya ayırdıqdan sonra mərmər bir dəzgah üzərində yumrulayın. Hər xəmir parçasını nimçə boyda açın. Aralarına qarğıdalı nişastası səpərək açdığınız xəmirləri üst-üstə yığın. Oxlovla xəmirləri aça bildiyiniz qədər açın.
Qeyd edək ki, olduğunuz yerdə hazır baklava lavaşı satılan yer varsa, heç özünüzü yormayıb ondan da istifadə edə bilərsiniz.
İşimizə davam edirik. Açdığımız lavaşların aralarını yağlamaq üçün kərə yağını kiçik bir qazanda isidib əridin. Soba tavasını ərinmiş kərə ilə yağlayın.
Açdığınız lavaşların qalınlarından iki dənəsini paxlavanın alt və üst hissəsi üçün ayırın.
Lavaşların arasını kərə ilə yağlaya və çəkilmiş qoz (fısdıq) ləpəsini hər tərəfinə bərabər səpərək soba tavasına üst-üstə düzməkdə davam edin.
Hər lavaşı qoyduqca onu qabın alt tərəfinə doğru əyərək sıxmağı unutmayın.
Sonra paxlavanı düzbucaqlı və ya çəp şəkildə iti bıçaqla kəsib-dilimləyin.
Qalan əridilmiş kərə yağını paxlavanın üzərinə sürtün. Sonra əvvəlcədən 180 dərəcə isidilmiş sobada üzəri qızarıb qatları tək-tək açılana qədər - təxminən 50 dəqiqə bişirin.
Paxlava bişincə siz o zaman kəsiyində onun şərbətini hazırlamaqda olun. Toz şəkəri suyla dərin bir qazanda qarışdırdıqdan sonra orta atəşdə təxminən 25 dəqiqə qaynadın. Üzərinə limon sununu da əlavə etdikdən sonra qazdan götürün.
Sobadan çıxartdığınız isti paxlavanın üzərinə çömçə ilə isti şərbəti yavaş-yavaş süzərək içinə çəkməsini təmin edin. Paxlava şərbəti özünə tam çəkəndən sonra dilimləri ayırıb süfrəyə gətirin. Hər birinizə nuş olsun.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
İris konfetinin hazırlanması
15.10.2019
“Mercimekli köfte” – mərci kotleti necə hazırlanır?
11.10.2019
“Zeytinyağlı yaprak sarma” necə hazırlanır?
05.10.2019
“Çərkəz toyuğu“
30.09.2019
Toy şorbası (düğün çorbası) necə hazırlanır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info