Gələn ay Qəzzafinin oğlunun məhkəməsi başlayır
Tarix: 28.08.2013 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


Sentyabrın 19-da Tripolidə Liviyanın sabiq lideri Müəmmər Qəzzafinin oğlu Seyf-əl-İslamın məhkəməsi başlayacaq. Liviyanın baş prokuroru Qəzzafinin oğlunun 2011-ci ildə ölkədə baş verən vətəndaş müharibəsi zamanı qətllər törətməkdə günahlandırıldığını deyib.
İttihamlar sübuta yetirilərsə, Seyf-əl-İslamı ölüm hökmü gözləyir. Sentyabrın 19-da Qəzzafi rejiminin daha 27 təmsilçisinin məhkəmə prosesi başlayacaq. Müttəhimlər kürsüsündə Liviya kəşfiyyatının sabiq rəhbəri Abdulla əl-Senussi də var. Baş Prokurorluq əl-Senussinin Benqazidə terror aktları törətmək üçün partlayıcı qurğuların hazırlanmasında iştirak faktını etiraf etdiyini bildirib. Qeyd edək ki, Seyf əl-İslam Qəzzafi ailəsinin həbs olunmuş yeganə nümayəndəsidir. Qəzzafinin digər yaxınları ya vətəndaş müharibəsində həlak olub, yaxud xarici ölkələrdə sığınacaq tapıblar. Bu ilin iyun ayında Haaqadakı beynəlxalq Cinayət Məhkəməsi Seyf əl-İslamın ədalətli məhkəmə hüququnun tanınacağına inanmadığını bəyan edərək, onun Haaqaya təhvil verilməsini istəyib. Lakin Liviya hakimiyyəti bu tələbi rədd ediblər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info