Fransa və Britaniya hərbi müdaxilədə iştiraka razıdır
Tarix: 28.08.2013 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın baş naziri Devid Kemeron hesab edir ki, Suriyada hərbi əməliyyat məhdud şəkildə həyata keçirilməlidir. Bu barədə “Röyters” agentliyi məlumat yayıb.
“Bu əməliyyat o demək deyil ki, Böyük Britaniya Yaxın Şərqdə müharibəyə qoşulmalıdır... və yaxud Suriya münaqişəsində daha yaxından iştirak etməlidir. Söhbət kimyəvi silahdan gedir. Onun istifadəsi qanunsuzdur və beynəlxalq ictimaiyyət buna göz yummamalıdır”- deyə Kemeron bəyan edib. Fransa da Suriyaya hərbi müdaxilədə iştirak etməyə hazır olduğunu açıqlayıb. Bu haqda Fransua Olland ölkəsinin xarici dövlətlərdəki səfirləri ilə Yelisey sarayında keçirilən görüşdə bəyan edib. Ölkə başçısı bildirib ki, B.Əsəd rejiminin kimyəvi qırğın silahından istifadəsi cavabsız qala bilməz. Fransa kütləvi qırğına səbəb olan kimyəvi silahdan istifadəni qətiyyətlə pisləyir və Qərb dövlətlərinin Suriyaya hərbi müdaxiləyə dair fikirlərini tam dəstəkləyir. F.Olland Suriyada yaranmış vəziyyətlə əlaqədar Yelisey sarayında müdafiə şurasının yığıncağını keçirəcəyini və bu haqda ölkə parlamentini məlumatlandıracağını bildirib.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Sudan prezidenti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info