“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”
Tarix: 19.09.2019 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


“Lakin o unudur ki, ölkənin iqtisadi həyatında ciddi dəyişikliklər etmədən Ermənistanda heç nəyə nail ola bilməyəcək”.

Bu gün Ermənistandakı dərin sosial-iqtisadi problemlər fonunda Nikol Paşinyan, qarşısına hər vəchlə olursa-olsun hakimiyyətini qoruyub saxlamaq vəzifəsini qoyub. Əslində, ikinci prezident Robert Köçəryanın həbsi, ölkədəki generallar və keçmiş hakimiyyət nümayəndələrinə qarşı açılan cinayət işləri də bu qəbildəndir. Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyanın «siyasi tələbəsi» olan Paşinyan keçmiş hakimiyyət nümayəndələrinin azadlıqda saxlanmalarının, bu və ya digər formada, onun özü üçün həbsə yol açdığını yaxşı anlayır.
Ona görə də bu gün ölkədəki son iki istefanı «sensasiyalı istefa» kimi qələmə vermək, elə də düzgün olmazdı. Məsələ bundadır ki, həm Vanetsyan, həm də Osipyan, əslində, keçmiş hakim rejim komandasının üzvləri olublar. Ölkədəki «məxməri inqilab»dan sonra onların hər ikisinin Paşinyan düşərgəsində peyda olmaları, əslində, Nikolun özü üçün də «müəmmalı» görünürdü.
Maraqlıdır ki, baş nazirin aparat rəhbəri Eduard Ağacanyan Vanetsyan və Osipyanın istefaya göndərilmələrini, onların işlərinin Nikolu qane etməməsi ilə əlaqələndirib. Sən demə, Paşinyan ölkədəki hər iki güc rəhbərinin işindən narazı imiş. Təbii ki, Paşinyan hakimiyyətində təmsil olunan məmurun dediklərindən fərqli olaraq, ermənilərin «Verelq» saytı başqa mövqedən çıxış edir. Belə ki, sayt Paşinyanın bu istefalarla, hər şeydən əvvəl, özünün mövqeyini möhkəmləndirməyə çalışdığını bildirir: «Bu gün Paşinyan səksəkədədir. O, ölkədə hökm sürən dərin sosial-iqtisadi vəziyyət fövqündə hər an hakimiyyətdən süpürülüb atılacağından ehtiyat edir. Ona görə də «qabaqlama siyasəti» nümayiş etdirən baş nazir ilk olaraq, hakimiyyətə nüfuz edən bütün "şübhəli elementlərdən" qurtulmağa start verib. Hazırda Paşiynan, onun istənilən əmrini yerinə yetirməyə hazır olan etibarlı insanlarla əhatə olunmağa çalışır».
Qeyd edək ki, sayt Ermənistan Dövlət Təhlükəsizlik Xidməti sədrinin artan reytinqindən ehtiyatlanan Nikolun, ilk olaraq,ondan «xilas» olmasına baxmayaraq, o hələ də ölkədəki fors-major vəziyyətlərdən tam sığortalana bilməyib.
Məsələn, «Lragir» saytının verdiyi xəbərə görə, ötən gün övladları xidmət zamanı ölən əsgər anaları Ermənistanın Hökumət binası qarşısında etiraz aksiyası keçiriblər. Erməni qadınlar bu ilin yanvar ayından bu günə qədər hökumətə bir neçə dəfə müraciət etsələr də, hələ ki, heç bir cavab almadıqlarını bildiriblər. Paşinyanın bir müddət bundan əvvəl, 2008-ci ilin mart hadisələrində ölmüş polislərin ailələrinə 30 milyon dram yardım veriləcəyini diqqətə çatdıran nümayişçi qadınlar, hələ ki, bu pullardan xəbər çıxmadığını bildiriblər: «Bu gün ölkədə pulla bağlı heç bir problem olmadığını bildirən baş nazir niyə belə olan halda, deyilən vəsaiti bizə vermir. Ona görə də biz deyirik: “Ya bizə dəstək olmaq üçün övladlarımızı geri qaytarın, ya da pul verin ki, xalq sizə dəstək olsun».
Bir daha qeyd edilməlidir ki, bu hadisələr Ermənistanda artıq gündəlik adi hal almaqdadır. Məsələ bundadır ki, bütün bunlara hələ ki, adi seyrçi olmaq istəmyən Paşinyan yaxınlaşan fəlakətin qarşısını almağa çalışır: “Lakin o unudur ki, ölkənin iqtisadi həyatında ciddi dəyişikliklər etmədən, keçmiş elita nümayəndələrinə güzəştə getmədən, o, Ermənistanda heç nəyə nail ola bilməyəcək”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Səudiyyə Ərəbistanının tac şahzadəsi Çeçenistana səfər edəcək
14.10.2019
“Qolos Armenii”: “Paşinyan ölkəni cəhənnəmə çevirməkdədir”
13.10.2019
Putin MDB dövlət başçılarını Sankt-Peterburqdakı sammitə dəvət edib
12.10.2019
İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi
12.10.2019
Suriya ərazisindən Türkiyənin yaşayış sahəsi atəşə tutulub, ölənlər var

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info