Misir Suriya münaqişəsinin siyasi yolla həllini dəstəkləyir
Tarix: 28.08.2013 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


Misir “Suriyada dinc yolla nizamasalmanın vacib olduğunu” israrla bildirir. Bu fikri Misirin xarici işlər naziri Nabil Fəhmi mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, “Suriya münaqişəsi yalnız siyasi yolla həll edilməlidir”. N.Fəhmi müraciətində hərbi xarakterli tədbirlərdən çəkinməyə çağırıb.
Misir XİN-in başçısı Suriyada kimyəvi silah tətbiq edilməsinin hər bir tərəf üçün yolverilməz olduğunu vurğulayıb. BMT-nin artıq kimyəvi silahın tətbiq olunması faktlarını araşdırdığını vurğulayan nazir deyib: “Misir münaqişə tərəflərindən hər hansı birinin kimyəvi silah tətbiq etməsini pisləyir”.
N.Fəhmi onu da bildirib ki, “Suriyada vəziyyət ərəblərin milli təhlükəsizliyinə təhdid yaradır. Biz bütün tərəflərlə daim əlaqə saxlayırıq”. Misir XİN-in başçısı vurğulayıb ki, onun ölkəsi münaqişənin “Cenevrə-2” konfransının qərarları əsasında siyasi həllinə üstünlük verir: “Yalnız beynəlxalq mənbələrdən alınmış dəqiq informasiyaya əsaslanaraq, həmin məlumatlar üzrə razılaşdırılmış beynəlxalq mövqeyə nail olduqdan sonra hər hansı bir nəticəyə gəlmək olar”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info