Sosial parazitlik carçıları
Tarix: 28.08.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


“Mən ictimai rəyə tüpürürəm”. Bu cür yanaşma və ifadələr onları söyləyən kəslərin bu gün cəmiyyətdə əsl statusunu, mənəvi-psixoloji səviyyəsini əslində büruzə vermiş olur. Bu cür insanlar hansı sahədə, vəzifədə çalışmalarından asılı olmayaraq, əslində bir əsl şou-biznes həyatı və meşşan məişəti yaşadıqlarını da ortaya qoymuş olurlar.
Belələri özlərinə çox ciddi imic verməyə, intellektual və VİP şəxslər kimi görünmələrinə baxmayaraq, mahiyyətcə, sosial parazitlikdən o yana getmirlər. Və bu cür ifadələrlə onu da ortaya qoymuş olurlar ki, əslində ictimaiyyətin, ictimai rəyin onların qeyri-etik davranışlarını, heç bir ədəb məsuliyyəti daşımayan ədabazlıqlarını ciddi qınağa çevirdiyinin fərqindədirlər. Buna görə də hiddətlənərək yuxarıda misal çəkdiyimiz formalarda ictimaiyyəti, cəmiyyəti aşağılayan, təhqir edən hədyanlarla çıxış edirlər. Bununla isə onlar özlərinin ifrat “individualist”liklərini və əxlaq, ədəb-ərkan, dəyər, məişət və sair baxımdan əsl “anarxist” olduqlarını da faş edirlər...
Amma bu zaman unudurlar ki, ictimai rəyə tüpürməklə, onlar əslində həm də özlərini inkar edirlər. Çünki ictimai rəyi formalaşdıran ictimaiyyət birinci növbədə elə onların öz ailələrindən, valideynlərindən, ən yaxın ətraflarından başlayır. Heç olmasa, bunu nəzərə alaraq zərrə qədər də olsa, ictimai məsuliyyət hiss etmək çox yerinə düşərdi. Amma belə görünür ki, ictimai məsuliyyət hissi belələrinə yaddır. Onlar üçün görünür, ən yaxınlarının və doğmalarının da qatıldığı mühit heç bir önəm daşımır. Ya da belə bir versiya da əsaslı ola bilər ki, bu cür şəxslər ümumiyyətlə, normal əhatədə və mühitdə tərbiyə almayıblar, ona görə də ictimaiyyətə, normalara, ədəb-əxlaqa bu cür nihilistcəsinə yanaşırlar... Amma hər halda, onlar anlamasa belə, normal düşüncəsi olan insanlarımız anlayır ki, bu cür fikirlər işlədənlər əslində elə ictimai rəydə parazitlik etməklə məşğuldurlar...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info