YAP Masallı rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə görüş
Tarix: 20.09.2019 | Saat: 12:12:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı aparatında rayonun ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə görüş keçirilib. Tədbirin bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar olduğunu bildirən YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, hər seçkilərdə olduğu kimi, bu siyasi kampaniyaya da YAP tam ciddi şəkildə hazırlaşacaq. S. Əliyev bələdiyyə seçkilərinə hazırlıq işlərinin yüksək səviyyədə qurulacağını, YAP Masallı Rayon Təşkilatının inzibati binasında seçki qərargahının yaradılacağını və bu işlərdə ərazi ilk partiya təşkilatlarının səfərbər olunmasının vacibliyini qeyd edib. Seçki məntəqələrində məşvərətçi və müşahidəçilərin seçilməsi istiqamətində işlərə başlanıldığını söyləyən sədr namizədlərin müəyyən olunmasında partiya sıralarında xüsusi fəallıq göstərən gənclərə və qadınlara üstünlük veriləcəyini diqqətə çatdırıb: “Seçkilərə hazırlıqla əlaqədar YAP İcra Katibliyi tərəfindən müəyyən tövsiyə və tapşırıqlar verilib. Partiyanın Masallı Rayon Təşkilatı da bu tövsiyə və tapşırıqlara, qəbul olunmuş müvafiq qərarlara uyğun addımlar atacaq”.
Görüşdə ərazi ilk partiya təşkilatlarının fəaliyyətindən də bəhs edilib. Onlara təşkilatların tərkibi, uçot-dəqiqləşdirməsi, təbliğat-təşviqat işlərinin aparılması və sair istiqamətlərdə işlərin bundan sonra da uğurla və səmərəli şəkildə davam etdirilməsi tövsiyə edilib. S.Əliyev bildirib ki, hər bir azərbaycanlı dövlət başçısının ətrafında daha da sıx birləşməli, ölkəmizin uğurlarını, inkişafını gözü götürməyən qüvvələrə qarşı daim mübariz olmalıdır: “Bu baxımdan ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi fəaliyyətini, təbliğatını həyata keçirən siyasi partiya olaraq YAP-ın və onun ərazi ilk partiya təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Mən sizin hər birinizi bu istiqamətdə daha fəal olmağa çağırıram. Seçkilər yaxınlaşdıqca Azərbaycanın inkişafını istəməyən qüvvələr dövlətimizə qarşı qarayaxma kampaniyası apararaq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Azərbaycan gücləndikcə daxildəki “5-ci kolon” və xaricdəki mühacirlər adı ilə fəaliyyət göstərən satqınlar ölkəmizə qarşı şər-böhtan kampaniyasına başlayırlar. Onlar xaricdəki anti-Azərbaycan mərkəzlərin sifarişlərini yerinə yetirərək alətə çevrilirlər”.
Təşkilat sədri bildirib ki, bütün bunlara baxmayaraq anti-Azərbaycan dairələr məyus olacaqlar: “Çünki Azərbaycan cəmiyyəti yetkin və intellektual cəmiyyətdir. Bu cəmiyyət həmin dairələrin əməllərini qətiyyətlə pisləyir, onların avantürist çağırışlarına hər zaman “yox” deyir”.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Səfər Mehdiyev Yevlaxda vətəndaşları qəbul edəcək
22.10.2019
Simpozium iştirakçıları Əhməd bəy Ağaoğlunun məzarını ziyarət edib
21.10.2019
“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info