Korrupsiyaya qarşı mübarizədə ciddi irəliləyişlər əldə edilib
Tarix: 28.08.2013 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi mübarizənin əsas prinsipləridir

Xalqımız ikinci dəfə öz tarixi müstəqilliyini əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə sabitliyə və inkişafa qədəm qoydu. Müstəqilliyimizin ilk illərində naşı, dövlət idarəçiliyindən anlayışı olmayan, təsadüfi adamların meydanlardan birbaşa yüksək vəzifələrə gətirilməsi və bunun nəticəsində müstəqilliyimizin itirilməsi təhlükəsinin yaranması sübut etdi ki, dövlətçiliyin idarə olunması ən təcrübəli rəhbərə tapşırılmalıdır.
Müstəqillik yollarında ilk addımlarını atan ölkə dirçəlməyə macal tapmamış xaos, anarxiya burulğanında can verməkdə idi. Ölkəni bu bəladan qurtarmaq üçün dəmir iradəyə malik olan bir liderə ehtiyac duyulurdu. Çox keçmədi ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Ulu öndərin hakimiyyətə qayıdışının ilk vaxtları heç də asan keçmədi. O zaman nizami ordu yox idi, vahid komandanlıq prinsipinə əməl edilmirdi. Cəzasızlıq mühiti dövlət əleyhinə cinayətlərə yol açırdı. Ən təhlükəlisi o idi ki, cəbhədə erməni təcavüzkarlarına qarşı döyüşən silahlı hərbi birləşmələr ayrı-ayrı fərdlərin nəzarəti altında idi. Pərakəndə şəkildə idarə olunan orduda rüşvətxorluq və korrupsiya hallarına tez-tez rast gəlinirdi. Bu cür əməllərin ölkəni böyük uçuruma apardığını görən ulu öndər başıpozuq silahlı dəstələrin buraxılmasına və ordunun vahid komandanlıq altında birləşməsinə sərəncam verdi. Sonrakı dövrlərdə bu prosesin mərhələli şəkildə və uğurla davam etdiyinin şahidi olduq.
Xalqımız bu gün çox xoşbəxtdir ki, ulu öndərin siyasi kursu ölkəmizdə uğurla davam edir. Azərbaycanda həyata keçirilən uğurlu islahatlar ölkəmizin reytinqini getdikcə artırır, dünya birliyində mövqelərimizi gücləndirir. Beynəlxalq təşkilatların son illər həyata keçirdiyi rəy sorğularının nəticələri də bunu təsdiqləyir. Belə ki, dünyanın nüfuzlu qurumlarının müxtəlif sahələr üzrə keçirdiyi bir sıra rəy sorğularının nəticələrinə görə, Azərbaycan inkişaf tempinə görə MDB ölkələri arasında birinci olub, hətta inkişaf etmiş bir sıra Avropa ölkələrini də geridə qoyub. Bu günlərdə daha bir beynəlxalq təşkilatın keçirdiyi rəy sorğusunun nəticələri elan olundu və ölkəmizdə korrupsiyaya qarşı mübarizədə ciddi irəliləyişlərin əldə edildiyi qeyd edildi.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə qanunlar qəbul edilib, beynəlxalq sənədlər ratifikasiya olunub. Bununla da, ölkə rəhbərliyi korrupsiyaya qarşı mübarizədə siyasi iradəsini ortaya qoyub. Həmin vaxtdan korrupsiyaya qarşı mübarizənin hüquqi bazası təkmilləşdirilib və bu sahədə daha qətiyyətli addımlar atılıb. Korrupsiyaya qarşı mübarizədə səngimə olmamalıdır.
Bu gün cəsarətlə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prokurorluğunun tərkib hissəsi olan hərbi prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə hərbi intizamın daha da möhkəmləndirilməsi və səmərəli tədbirlərin həyata keçirilməsi təmin olunub. Həmin tədbirlərin nəticəsidir ki, hərbi cinayətkarlığın azalmasında müsbət dəyişikliyə nail olunub, orduda ağır və xüsusilə ağır cinayətlərin sayı xeyli azalıb, korrupsiya hallarına qarşı mübarizə gücləndirilib. Hərbi Prokurorluq bir vacib struktur olaraq bu sahədə qəti və ardıcıl tədbirlər həyata keçirməkdədir. Bu ilin birinci yarımilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında baş prokurorun müavini-hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, orduda qanunvericiliyin möhkəmləndirilməsi məqsədi ilə ardıcıl işlər görülür. Kollegiya iclasında dönə-dönə vurğulandı ki, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin əsas prinsiplərdir. Bu sahədə səmərəli tədbirlərin davam etdirilməsi, zəruri qanunların qəbul edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, güclü nəzarət mexanizmlərinin yaradılması son dərəcə əhəmiyyətlidir.
Vəli NOVRUZOV
Zaqarala hərbi prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri










 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info