Pensiyaların artımı 1 milyon 209 min 135 nəfərə şamil olunacaq
Tarix: 28.08.2013 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


Prezidentin sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov mətbuat konfransı keçirib. Fondun sədri vurğulayıb ki, əmək pensiyasının baza hissəsinin növbəti dəfə artırılması Prezidentin rəhbərliyi ilə ölkəmizdə aparılan çox ciddi sosial-iqtisadi islahatların məntiqi nəticəsidir. S.Müslümov qeyd edib ki, Azərbaycanda 1 milyon 209 min 135 nəfər pensiyaçının pensiya məbləği artırılacaq.
Hazırda Azərbaycanda 1 milyon 272 min 566 pensiyaçı var. Bu artımın şamil olunmadığı kateqoriya - qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu qəbildən olan pensiyaçıların sayı 63 431 nəfərdir. Onların pensiyaları “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq fərqli qaydada artırılır. Pensiyanın baza hissəsini tam alanların (onların sayı 1 milyon 90 min nəfərdir) pensiyasının artımı 15 manat təşkil edir. Bəzi kateqoriyaya aid pensiyaçılarda isə artım daha çox olacaq. DSMF sədri bildirib ki, hazırda fondun hesabında 70 mln. manat sərbəst vəsait qalığı mövcuddur. Rayonlarla birlikdə isə fondun 120 mln. manat sərbəst qalığı var. Bu o deməkdir ki, ilin sonuna qədər fond heç bir ləngimə olmadan pensiyaların vaxtında ödənişini təmin edəcək: «Biz artıq 2014-cü ilin büdcəsinin tərtibinə başlamışıq. Əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı son qərara əsasən, 1 illik əlavə xərclər 240 mln. manat təşkil edir. 2014-cü ilin dövlət büdcəsinin 200 mln. manatdan artıq hissəsini fond öz gəlirləri hesabına təmin edəcək. Bir qismi də yəqin ki, transfer hesabına təmin olunacaq. Bu, keçən ilin oktyabrından başlayaraq DSMF-də qeydiyyata düşmüş sosial sığorta haqqı ödəyənlərin sayı 2 mln.-dan 2,6 mln. nəfərə qədər artması hesabına baş verib. Hazırda avqust ayının maliyyələşməsini başa çatdırmışıq». Səlim Müslümov qeyd edib ki, öhdəsində yeni doğulmuş uşaq olan işləyən qadınların analıq məzuniyyətinə görə aldıqları müavinətlərin həcmi 50% artırılıb: “Məlumdur ki, öhdəsində yeni doğulmuş uşaq olan işləyən qadınlar 3 il müddətinə analıq məzuniyyətinə çıxa bilər. Onlar əvvəlcə birinci 1,5 il məzuniyyətdə olurlar və buna görə ayda 20 manat alırlar. Növbəti il yarım məzuniyyəti davam etdirdikdə isə 10 manat müavinət alırlar. Lakin dövlət başçısının yeni sərəncamı ilə bu kateqoriyaya aid olan qadınların analıq məzuniyyətinin müavinəti ilk il yarım üçün 30 manata, növbəti il yarım üçün isə 15 manata qədər artırılıb. Bu məqsədlə 1 il ərzində 4 mln. manata yaxın əlavə vəsait tələb olunur”. DSMF sədri onu da qeyd edib ki, sosial sığorta haqlarının ödəniş strukturunda dəyişikliklər ediləcək. Belə ki, əgər hazırda sosial ayırmalarda əmək haqqının 22%-ni işəgötürən, 3%-i isə işçi ödəyir, gələcəkdə bu nisbətin 18% və 7%-ə dəyişdirilməsi planlaşdırılır. S.Müslümov bildirib ki, Avropa və MDB ölkələrində bu proses gedir və insanların öz əmək haqlarından ödədiyi vəsaitin həcmi artır. Nəticədə, işçinin payı artır, işəgötürənin məsuliyyəti isə azalır. S.Müslümovun sözlərinə görə, bu proses Azərbaycanın pensiya sistemində aparılan islahatların proqramında nəzərdə tutulub. DSMF başçısı bildirib ki, sözügedən dəyişikliklər ya bu il, ya da gələn il həyata keçiriləcək.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info