Bankda işləmək istəyənlərin nəzərinə
Tarix: 20.09.2019 | Saat: 13:06:00 | E-mail | Çapa göndər


Bank Respublika ASC “Maliyyə və bazar risklərinin idarəedilməsi üzrə İqtisadçı” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• ÜDM artımı, sənaye istehsalı, işsizlik, inflyasiya, və s. yuxarı rəhbərlik tərəfindən müəyyən edilən faktorları hesablayan makro modelin tərtibi;
• Müxtəlif makro-göstəricilər üzrə modellərin yaradılması və əsas trendləri göstərmək;
• Makro və sənayə göstəricilərin vaxtında yenilənməsi;
• Makro və sənaye modellər üçün metodologiyanın tərtibi;
• Dünyada, ayrı-ayrı regionlarda və aparıcı ölkələrdə, qonşu ölkələrdə və bütövlükdə ölkə iqtisadiyyatında baş verən ictimai, siyasi və iqtisadi hadisələri analiz etmək və bu hadisələrin Bankın makro-mühitinə və gəlirliliyinə təsirini müəyyənləşdirmək;
• Rəhbərlik tərəfindən müəyyən edilmiş formatda dövri hesabatların tərtibi.
Namizədə qarşı tələblər:
• Ali təhsil (maliyyə, iqtisadiyyat sahəsi);
• İş təcrübəsi: aidiyyatı sahə üzrə ən azı 1 il;
• Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dili (yaxşı);
• Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel); (Excel bilikləri yaxşı səviyyədə)
• Analitik düşünmə bacarığı;
• Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
• Müzakirələr zamanı proektiv mövqeyə malik olma və ideya,təkliflərini əsaslandırma bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 sentyabr 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyə və bazar risklərinin idarəedilməsi üzrə İqtisadçı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info