İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Biznesə başlama” mövzusunda təlim keçirilib
Tarix: 20.09.2019 | Saat: 13:11:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində daha da təkmilləşdirilmiş elektron müraciət sistemi ilə bağlı təqdimat keçirilib. Vergilər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə keçirilən tədbir zamanı Biznesə başlama sahəsində aparılan islahatlar, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə daha da təkmilləşdirilmiş elektron sistem və ondan istifadə qaydaları ilə bağlı suallar cavablandırılıb. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması” üzrə biznesə başlama sahəsində aparılan islahat prosesində sahibkarlıq subyektləri ilə iş nəzərdə tutulan icra və kommunikasiya planının prioritet istiqamətlərindəndir. Bu səbəbdən yeni elektron sistem üzrə sahibkarlıq subyektləri üçün aparılan təlim və görüşlər davamlı olaraq həyata keçiriləcək.
Daha sonra Vergilər Nazirliyinin müşaviri Ələkbər Məmmədov təkmilləşdirilmiş elektron müraciət sistemi ilə bağlı ətraflı məlumatlar təqdim edib. Həmçinin 60-a yaxın sahibkar və startapın sualları cavablandırılıb.
Qeyd edək ki, sahibkarlıq subyektləri üçün ilin sonuna qədər davamlı olaraq keçiriləcək təlim və görüşlərin nəticələri təhlil olunacaq. Bu sahədə məlumatların daha uyğun formada operativ çatdırılması və kommunikasiyanın daha da təkmilləşdirilməsi məqsədilə təkliflər Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə təqdim olunacaq.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Azərbaycana 10 min tonadək çay idxal edilib
22.10.2019
Sumqayıtda şüşə lövhələrin istehsalı zavodunun inşası gələn il başa çatacaq
22.10.2019
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22.10.2019
“Azeri Light”ın bir barreli 62,76 dollara satılır
22.10.2019
Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info