Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib
Tarix: 20.09.2019 | Saat: 13:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə “Tibb biznesi sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forum keçirilib. Tədbirdə tibb biznesi sektorunu təmsil edən sahibkarlar və onlara xidmətlər göstərən dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələri, eləcə də KOBİA yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
Forumda tibb biznesi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib, sahibkarlar və vətəndaş cəmiyyəti institutları tərəfindən özəl tibb sektorunun inkişafına dair müxtəlif təkliflər səsləndirilib.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik yanında İctimai Şuranın yaradılmasının cəmiyyət-sahibkar-dövlət orqanları arasında səmərəli münasibətlərin qurulmasına verilən önəmin göstəricilərindən biri kimi dəyərləndirib, bir ildən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, İctimai Şuranın aktiv fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki, forumun belə bir formatda təşkil olunmasında məqsəd sahibkarlar ilə dövlət orqanları arasında səmərəli əməkdaşlıq platformasını daha da genişləndirmək, bu sahədə mövcud çətinlikləri öyrənmək və həlli istiqamətində təkliflərin müzakirəsinə nail olmaqdır. Orxan Məmmədov özəl tibb biznesinin inkişafı istiqamətində bir neçə təkliflər də səsləndirib. Bildirilib ki, tibb biznesi sektorunda da təşkilatlanmaya, aktiv ictimai birliklərin yaradılmasına ciddi ehtiyac var və KOBİA belə təşəbbüsləri dəstəkləməyə hazırdır. Bundan başqa, Pirallahı Sənaye Məhəlləsində əczaçılıq məhsullarının istehsalı üzrə güzəştli fəaliyyət rejimi mövcuddur və sahibkarlar bu imkandan yararlana bilərlər. Bu yaxınlarda işə düşən daxili bazar araşdırmaları mexanizmi tibb biznesi və əczaçılıq sektorunda bazar araşdırmalarının aparılmasında da istifadə oluna bilər və KOBİA belə müraciətlər olduğu təqdirdə müvafiq qaydalara uyğun olaraq biznes subyektlərinə dəstək göstərə bilər.
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev ölkəmizdə səhiyyə sahəsinin inkişafı istiqamətində həyata keçirilən tədbirləri və islahatları qeyd edib, özəl tibb sektoruna müxtəlif vergi güzəştlərinin olunmasına, tibb turizminə dair fikirlər səsləndirib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev icbari tibbi sığortanın tətbiqi, bu istiqamətdə həyata keçirilən pilot layihələr, özəl tibb sahəsində görülən işlər barədə məlumat verib, KOB-ların özəl tibb sektorunda da aktiv fəaliyyət göstərdiyini bildirib.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçiriləcəyini bildirib. Artıq özəl təhsil sahəsində belə bir forum təşkil olunub. KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov forumda Agentlik yanında İctimai Şura üzvləri və qeyri-hökumət təşkilatları tərəfindən səsləndirilən fikirlərin, rəy və təkliflərinin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Səfər Mehdiyev Yevlaxda vətəndaşları qəbul edəcək
22.10.2019
Simpozium iştirakçıları Əhməd bəy Ağaoğlunun məzarını ziyarət edib
21.10.2019
“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info