ABŞ İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır
Tarix: 20.09.2019 | Saat: 14:16:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanına aid neft obyektlərinin vurulmasına görə İranın məsuliyyət daşıdığını bildirən ABŞ dövlət katibi Mayk Pompeo bu ölkəyə qarşı beynəlxalq koalisiya yaratmağa çalışdıqlarını söylədi.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo "Saudi Aramco"ya aid neft zavodlarının vurulmasından sonra Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Pompeo Abu Dabidən gedərkən təyyarədə mətbuat nümayəndələrinin suallarını cavablandırdı.
"Saudi Aramco"ya hücumun arxasında İranın durduğuna inandıqlarını bir daha vurğulayan dövlət katibi Ər-Riyad və Abu Dabidə İrana qarşı görüləcək lazımi tədbirləri müzakirə etdiklərini bildirdi.

Pompeo ABŞ ilə İran arasında hələ də bir razılaşmanın mümkün olub-olmadığı ilə bağlı suala belə cavab verdi: " Prezident Trampın istədiyi budur. Açığı, məsələnin dinc şəkildə həll olmasını istəyirik və bu niyyətimizi göstərdiyimizi düşünürəm. Onlar (İran) ABŞ-a məxsus pilotsuz uçan aparatı vurdular, indi də enerji mənbələrinə çox böyük hücumt təşkil edirlər və biz hələ də bir koalisiya yaratmağa çalışırıq".
Dövlət katibi iranlı həmkarı Cavad Zərifin müharibə ilə əlaqədar söylədikləri barəsində fikir bildirərək: " Buraya diplomatik danışıqlar üçün gəlmişəm. İranın xarici işlər naziri total müharibə və son amerikalıya qədər müharibə hədələri yağdırdığı halda, biz hədəfi sülh olan və bu məsələnin dincliklə həllini təklif edən koalisiyanın yaradılması üzərində çalışırıq. Prezident Trampın məndən istədiyi budur. Ümidvaram ki, İran İslam Respublikası da bunu bu şəkildə görür. Zərifin sözlərindən bu nəticə çıxmır, amma ümid edirəm ki, vəziyyət belədir




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Belarusda Azərbaycan Gəncləri Günləri keçiriləcək
22.10.2019
Türkiyədə FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən şəxslər saxlanılıb
22.10.2019
Pompeo lazım olduğu halda Turkiyə ilə muharibəyə hazır olduqlarını bildirib
22.10.2019
Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur
22.10.2019
Pentaqon ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılması planını hazırlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info