“Aramco“ zavodlarına hücum dünyaya edilən bir hücumdur“
Tarix: 20.09.2019 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl-Cübeyr beynəlxalq birliyi İrana qarşı "qətiyyətli mövqe" nümayiş etdirməyə çağırdı.

Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl-Cübeyr "Twitter" hesabı vasitəsilə verdiyi açıqlamada, Səudiyyə Ərəbistanına aid neft şirkəti "Aramco"nun zavodlarına təşkil edilən hücuma görə İranın məsuliyyət daşıdığını bildirdi.
Cübeyr: "Bekik və Həris neft zavodlarının İran silahları ilə hədəf alınması təkcə Səudiyyə Ərəbistanının deyil, eyni zamanda beynəlxalq bazarların enerji təminatının hədəf alınmasıdır və dünyaya edilən bir hücumdur" ifadələrini işlətdi.
Sözügedən hücumu "İranın dağıdıcı və təcavüzkar siyasətinin davamı" kimi səciyyələndirən Cübeyr beynəlxalq birliyi məsuliyyətlərini yerinə yetirməyə və İrana qarşı "qətiyyətli mövqe" nümayiş etdirməyə çağırdı.
Dövlət naziri: "İrana qarşı laqeyd qalmaq onu daha çox təxribat və düşmənçilik fəaliyyətlərinə təşviq edəcək və bunun da yalnız bölgəyə deyil, beynəlxalq sülh və təhlükəsizliyə də təsirləri olacaq" deyə fikir bildirdi.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Zəfərin Komandanı
20.10.2019
“Qarabağ vulkana bənzəyir, püskürməsi əsl fəlakət ola bilər”
20.10.2019
Avropada aksiyalara hansı halda icazə verilir?
20.10.2019
Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi
20.10.2019
Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info