Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi
Tarix: 20.09.2019 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Xədicə İsmayıl Əli Kərimliyə “cinayətkara sahib çıxan” dedi


Məlum olduğu kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Fuad Qəhrəmanlı gündəmə ailədaxili ciddi problemlərlə gəlib. Əlbəttə, onun ailəsində baş verən proseslər nə bizi, nə də cəmiyyəti maraqlandırmır, hər nə qədər hakimiyyətə iddialı olsalar belə, müxalifətçilərin ailələrində cərəyan edən anormal proseslərin bu qədər ictimailəşdirilməsini istəməzdik. Amma dövr dəyişib, artıq sosiallıqdır, diqqət mərkəzində olan şəxssənsə, sənin atdığın hər yanlış addım mənfi yöndə olan hadisələr doğuracaq və sən də məsələnin mahiyyətindən asılı olmayaraq, ictimai qınaqla üz-üzə qalmalı olacaqsan. Bizi bu proseslər, kimin ailəsində kimə işgəncə verməsi və ya kimin kimdən imtina etməsi, status yazıb ata-ana haqqında sərt fikirlər bildirməsi maraqlandırmır. Bizi maraqlandıran odur ki, illərlə qoyunlarında bəslədikləri “ilan”-trol ordusu AXCP rəhbərlərinin özünə qarşı çevrilməyə başlayıb. Neçə illərdir yazırıq, göstəririk, sübut edirik ki, AXCP rəhbərinin statusuna anında onlarla fotosuz, saxta profillərlə “like” edib, “yaşasın Əli bəy” yazanlar məhz cəbhəçi trollardır, bu trollar da Əli Kərimlinin tapşırıqlarına uyğun olaraq sosial şəbəkələrdə yerli-yersiz hakimiyyəti tənqid və təhqir edirlər. Bu da azmış kimi, yeri gələndə müxalifətçi rəqiblərin də üzərinə gedirlər. İndi isə cəbhəçilər məhz Qəhrəmanlı ailəsi üzərində çirkin oyunlarla diqqət çəkirlər... Bunu yalnız biz müşahidə etmirik, məhz müxalifətin içində olanlar da deyirlər, yazırlar. Məsələn, müxalif jurnalist Xədicə İsmayıl son statuslarından birində Fuad Qəhrəmanlının qızına olan trol hücumundan hiddətlənərək yazıb: “Biri cəbhəçilərə desin ki, bu mövzuda Selcana hücum çəkmək çox ayıbdır. O şərhləri ilə partiyalarına vurduqları ziyan daha böyükdür. Fuad Qəhrəmanlı özündə cəsarət tapıb, üzr istəyə, qəzəbini qızını linç edənlərə yönəldə bilərdi, amma bir də yalan danışmağı rəva gördü. Selcan dürüst və güclüdür. İntellektual kapasitəsi də çoxlarından yüksəkdir. Bu partiya olayı deyil, o zaman bir zəhmət, cəbhəçilər yığışsın söhbətdən. Cinayətkara sahib çıxan cinayətə də sahib çıxır”. Statusdan bir daha anlaşılır ki, Fuad Qəhrəmanlıya davranışlarına görə “cinayətkar” deyən Xədicə İsmayıl ona sahiblənən partiya rəhbəri və cəbhəçilərə də kinayə ilə yanaşır. Ümumiyyətlə AXCP-də olanların böyük əksəriyyətinin radikal düşüncə tərzinə malik olması haqqında da dəfələrlə faktlar olub. Elə bu son olaylarla bağlı daha bir maraqlı nüansa toxunaq. Sosial media, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atasından şiddət görməsi ilə bağlı yazdığı statusla, atasından imtinası ilə bağlı çalxalandığı bir vaxtda əksəriyyət Fuad Qəhrəmanlının istefasını tələb etsə də AXCP rəhbərliyi onun arxasında möhkəm dayandığını göstərən addımlar atır. Məsələn, Əli Kərimlinin müşaviri Məmməd İbrahim mövzu ilə bağlı elə bir sərt və qəbul olunmayan şərhi bəyənib, dəstəkləyib ki, sadəcə yazmağa söz tapmırsan... Belə ki, Təranə Tağıyevə adlı cəbhəçi öz şərhində yazıb ki, “kişi yeri gəlsə evdə diz də qırar, barmaq da sındırar”. Məmməd İbrahim isə buna dəstək olaraq həmin şərhi bəyənib. Başqa şərhə ehtiyac varmı?
Qısası, bu gün AXCP-nin özünün hazırladığı trollar indi özlərinə qarşı çevrilib. Elə ReAl-çılar da sosial şəbəkələrdə kinayə ilə yazırlar ki, “bilmirdinizmi ki, başqalarının üzərinə trol ordusu göndərəndə bir gün o cəhbəçi trollar hiddətlənib öz səhvlərinizə görə sizi söyəcəklər?”. Bu gün Fuad Qəhrəmanlının son münaqişədə geri çəkilməməsi və cəbhəçi trolların Selcanın üzərinə getməsi daha çox qınanılır və tənqid olunur. Çünki Fuad Qəhrəmanlı həm də ağ yalan danışaraq status yazmışdı ki, guya qızının profili oğurlanıb. Amma qızının videomüraciəti və elə onun statusunun şərh bölümündə real şəxs olan Səadət Cahangirin şərhi hər şeyi alt-üst etdi. O cavab olaraq yazmışdı: “Selcan, gərək atana yazardın ki, gözünün içinə qədər yalan danışırsan. Şəxsən mən dəfələrlə Zümrüdə demişəm ki, anlaşa bilmirsinizsə səssizcə ayrılın. Yalandırsa, Zümrüd özü gəlib desin ki yalandır!”
Qısası, danışdıqca batanlar artıq öz ayıblarını, trolluqdan tutmuş, anormal şəxsi keyfiyyətlərini gizlədə bilmirlər. Yaxın günlərdə bu ayıbların daha da böyüyəcəyi isə istisna edilmir...

Tural




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Əli Həsənov: “Azərbaycan hakimiyyəti bütün situasiyaya nəzarət etmək gücündə, imkanında və iradəsindədir“
21.10.2019
XİN: Bəzi təşkilatların əsassız bəyanatlar yayması Azərbaycana münasibətdə ikili standartların tətbiqi kimi qiymətləndirilməlidir
21.10.2019
Xalq müxalifətə dəstək vermədi
21.10.2019
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edildi
21.10.2019
Baş Prokurorluq oktyabrın 19-da keçirilmiş qanunsuz aksiya ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info