“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib
Tarix: 20.09.2019 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi 19-20 sentyabr 2019-cu il tarixlərdə Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “Məntiq-2019” İntellektual bilik yarışı üzrə Rayon birinciliyi keçirilmişdir. SİA-nın bölgə müxbirinin məlumatına görə tədbirin mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək xüsusilə vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərlə bağlı imzaladığı sərəncamlar, qəbul etdiyi dövlət proqramları gənclərin hərtərəfli inkişafına yönəlib. Məhz cənab Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdir etdiyi “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı da gənclərin hərtərəfli inkişafı üçün atılmış addımlardan biridir.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək iştrakçıları salamlamlş və bu səpgidə keçirilən tədbirlər gənclərin intelekt bilik səviyyələrinin artmasına, onların vətənpərvərlik ruhunda inkişafına köməklik etdiyini bildirmişdir. Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri Şəhər 5 saylı tam orta məktəbin yeniyetmələrdən ibarət “Viləş” komandası, II yeri E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbin yeniyetmələrdən ibarət “Hişkədərə” komandası , III yeri C.Qasımov adına Banbaşı kənd tam orta məktəbinin yeniyetmələrdən ibarət “Vendetta” komandası layiq görülmüşdür. Şəhər 2 saylı tam orta məktəbin yeniyetmələrdən ibarət “Qarabağ” komandası xüsusi fəallığına görə diplomla mükafatlandırıldı. Sonda qalib komandalar Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edilmişdir."Yeni həyat".

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
21.10.2019
Son 5 ildə Azərbaycanda 14 mindən çox əkiz, 380-dən çox üçəm doğulub
21.10.2019
İnsan alverinə qarşı layihənin təqdimatı keçirilib
21.10.2019
“Qala Sığorta” növbəti sosial layihəsini həyata keçirib – FOTOLAR
20.10.2019
Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info