“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“
Tarix: 20.09.2019 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Tacikistan Respublikasının ölkəmizdə səfərdə olan nümayəndələri arasında görüş keçirilib.
“AzerGold” QSC-nin inzibati binasında baş tutan görüşdə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, QSC-nin İdarə Heyəti sədrinin müavinləri Oqtay Məmmədov və Xəyyam Fərzəliyev, həmçinin Geoloji kəşfiyyat, Strateji planlaşdırma və biznesin inkişafı şöbələrinin rəhbərləri, Tacikistanın Soqdiya vilayətinin sədri Racabboy Axmadzoda, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli, Xucand şəhərinin sədri Maqruf Muxammadzoda, Guliston şəhərinin sədri Firdаvs Şərifzoda, “Aprelevka” birgə müəssisənin baş direktoru Baxtiyor Macidov və nümayəndə heyətinin digər üzvləri iştirak edib.
İlk öncə qonaqları salamlayan Z. İbrahimov “AzerGold” QSC-nin fəaliyyəti, görülən işlər və öndə duran vəzifələr haqda qısaca məlumat verib. R. Axmadzoda son illərədə Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsindəki inkişafı qeyd edərək “AzerGold” QSC-nin fəaliyyətini yüksək qiymətləndirib. Dünyanın ən iri gümüş yatağı hesab edilən Böyük Konimansur yatağı və Soqdiya vilayətində yerləşən digər zəngin yataqlar haqda söhbət açan Axmadzoda “AzerGold” QSC-nin nümayəndə heyətini Soqdiya vilayətinə səfər etməyə və bu yataqlarla əyani tanış olmağa dəvət edib. Görüşün davamında dağ-mədən sahəsində tərəflər arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib, bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Azərbaycana 10 min tonadək çay idxal edilib
22.10.2019
Sumqayıtda şüşə lövhələrin istehsalı zavodunun inşası gələn il başa çatacaq
22.10.2019
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22.10.2019
“Azeri Light”ın bir barreli 62,76 dollara satılır
22.10.2019
Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info