Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru BDU-ya rəsmi səfərə gəlib
Tarix: 20.09.2019 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


İtaliyanın Triest şəhərində yerləşən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) direktoru, elementar zərrəciklər və yüksək enerjilər fizikası sahəsində tanınmış nəzəriyyəçi-alim, Kembric Universitetinin professoru Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib. Səfərin əsas məqsədi Bakı Dövlət Universiteti ilə Beynəlxalq Nəzəri Fizika Mərkəzi arasında sıx elmi əlaqələrin qurulması, müxtəlif elm sahələrində, xüsusilə də fizika və riyaziyyatın nəzəri və tətbiqi məsələləri üzrə birgə elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması, ikitərəfli əməkdaşlıq çərçivəsində magistrlar, gənc alim və tədqiqatçılar üçün daha geniş auditoriyanı əhatə edəcək beynəlxalq layihələrin və proqramların təşkili imkanlarının müzakirəsidir. Bu məqsədlə iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu rektor Elçin Babayev və Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru Fernando Quevedo imzalayıb, onun əhəmiyyətini qeyd ediblər. AMEA Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov memorandumun hər iki tərəfə faydalı olacağına əminliyini ifadə edib.
Bakı Dövlət Universiteti vahid elmi-texniki siyasəti formalaşdırmaq, bu siyasət çərçivəsində müxtəlif elm sahələrində elmi-texniki nailiyyətlərin, qabaqcıl təcrübənin və yeni texnologiyanın öyrənilməsi və onların tətbiq edilməsi üçün bir çox beynəlxalq təşkilatlarla davamlı olaraq əməkdaşlıq edir. Universitet ölkədə elm və təhsil sahəsində nüfuzlu beynəlxalq təşkilatların təşəbbüslərini daim dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini prioritet hesab edir. Bu baxımdan imzalanan memorandum çərçivəsində nəzəri və tətbiqi fizika, riyaziyyat, fənlərarası tədqiqatlar sahəsində dünya elminin ən mühüm istiqamətləri üzrə Bakı Dövlət Universitetinin elmi potensialının gücləndirməsinə və bu yolla Universitetin dünya elmində yüksək səviyyələrdə mövqeləndirilməsini təmin edilməsinə imkan yaradan zəruri tədbirləri həyata keçirmək, gənclərin dünyanın elmi inkişaf mühitinə inteqrasiya edilməsini və innovativ düşüncə və rəqabətədavamlı biliyə yiyələnmələrini təmin etmək üçün beynəlxalq ixtisasartırma və mübadilə proqramlarında iştirakına şərait yaratmaq, müxtəlif səviyyələrdə birgə elmi tədbirlərin, o cümlədən elmi-praktiki toplantıların, konfransların, seminarların və digər elmi tədbirlərin təşkili, keçirilməsi, dəstəklənməsi barədə razılığa gəlinib.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
21.10.2019
“Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Qlobal Cənubla iqtisadi əlaqələrin rolu”
21.10.2019
Aİİ-nin prorektoru Beynəlxalq Forumda iştirak edib
19.10.2019
Ukraynanın ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb
18.10.2019
ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info