Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı
Tarix: 20.09.2019 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin döyüş atışlı əsas mərhələsində silahlanmaya yeni daxil olmuş “SkyStriker” “gəzən sursat”la atış həyata keçirilib.
“AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yayımladığı video görüntülərdə “SkyStriker”lə hədəfin vurulması öz əksini tapıb.
İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan “SkyStriker” “gəzən sursat” və ya başqa sözlə kamikadze pilotsuz uçuş aparatının (PUA) ilk xarici istifadəçisi 2018-ci ilin sonlarında Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) olub. Video nümayişdən göründüyü qədər DSX-nin ardınca Müdafiə Nazirliyi də “SkyStriker”iin istifadəçiləri sırasına qoşulub.
Qeyd edək ki, “SkyStriker” “gəzən sursat”ı “Elbit Systems” şirkəti tərəfindən bazara 2017-ci ildə təqdim olunub. Radiomaneələrə qarşı dayanıqlığa malik “SkyStriker” istifadə edilmədikdə geri qaytarıla bilir. Bu zaman aparan paraşütdən istifadə eləməklə endirilir. Elektrik mühərrikə malik döyüş sursatının çəkisi 35 kq, uçuş məsafəsi 40 km, havada qalma müddəti 2 saata qədər, sürəti 180 km/saat, maksimal uçuş yüksəkliyi 2000 metrdir. Növündən asılı olaraq “SkyStriker” 5 kiloqramdan 10 kiloqramadək döyüş başlığı ilə təchiz oluna bilir.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Əli Həsənov: “Azərbaycan hakimiyyəti bütün situasiyaya nəzarət etmək gücündə, imkanında və iradəsindədir“
21.10.2019
XİN: Bəzi təşkilatların əsassız bəyanatlar yayması Azərbaycana münasibətdə ikili standartların tətbiqi kimi qiymətləndirilməlidir
21.10.2019
Xalq müxalifətə dəstək vermədi
21.10.2019
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edildi
21.10.2019
Baş Prokurorluq oktyabrın 19-da keçirilmiş qanunsuz aksiya ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info