Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
Tarix: 21.09.2019 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Erməni politoloq Styopa Safaryan son dövrlərdə həm Rusiya, həm də Ermənistan mətbuatında daha çox adı çəkilən şəxslərdən biridir.
Rusiyanın “prtime.ru” saytında Styopa Safaryanla Ermənistanın baş naziri Nikol Paşinyan və onun mətbuat katibi Vladimir Karapetyanın gizli və bir o qədər də alçaldıcı vatsap yazışmalarını ortaya çıxarıb.
Styopa Safaryan haqqında deyilir ki, onun fəaliyyəti əsasən çirkli və qaranlıq işlərdən ibarətdir. Diqqətə çatdırılır ki, bu yaxınlarda Styopa Safaryana məxsus olan “İphone” markalı telefon itib. Əslində isə bu hadisə planlı şəkildə və siyasi motivlər əsasında hazırlanıb. Hücum isə bir qrup şəxs tərəfindən törədilib.
Bu faktlar Safaryana məxsus telefonun itməsindən sonra mətbuata sızıb. Bir sözlə, telefonda baş nazir Nikol Paşinyana, onun mətbuat katibi Vladimir Karapetyana və Styopa Safaryana məxsus “Whatsapp” yazışmaları var. Yazışmalarda üçlük arasında rüşvət sövdələşmələrindən və pulla kiminsə prokuror vəzifəsinə gətirilməsindən və həmin şəxsdən 30 milyon dram rüşvət alınmasından bəhs olunur. Baş nazirin mətbuat katibi Vladimir Karapetyan dəllallıq edən Safaryana baş nazirlə olan söhbəti barədə yazır, hətta vurğulayır ki, baş nazir çox dözülməz insandır, hərdən o elə danışır ki, istər istəməz insanda ikrah hissi yaradır.

Sayt daha sonra yazır: “Bu biabırçı yazışmanı oxuyaraq hansı nəticəyə gəlmək olar? İlk olaraq, anlayırıq ki, Nikol Paşinyan dövlət əleyhinə əclaflıq edir, belə ki, dövlətin əmlakını mənimsəyərək 1 mart hadisələrindəki qurbanların satılmış ailələrinə, politoloq Styopa Safaryanın bacısı Sedaya, Qaqik Cangiryana, Vaq Qriqoryana və digər “tullantı”-lara xərcləyir”.
Yazışmada həmçinin Nikol Paşinyan “ruhi xəstə” adlandırılır. Vurğulanır ki, onunla nəinki işləmək, hətta pis işlər görmək belə çox çətindir. Yazışmalarda “Baba” adlandırılan şəxs isə Ermənistanın eks-prezidenti Levon Ter Petrosyandır. Yazışmalardan məlum olur ki, Nikol Paşinyan atdığı hər addımı onunla bölüşür, məsləhət alır. Bəs görəsən bu yazışmalar meydana çıxdığı zaman Nikol Paşinyan necə reaksiya verəcək, etdiyi əməllərə necə bəraət qazandıracaq? Təbii ki, boynundan tamamilə atacaq və bütün bunları onun əleyhinə hazırlanan təxribat kimi qiymətləndirəcək. Əlbəttə, güman ki, Vladimir Karapetyanı işdən uzaqlaşdıracaq, Levon Ter Petrosyanı tam nəzarətdə saxlayacaq və öz yanaşmalarını və münasibətlərini bir daha gözdən keçirəcək.
Məqalədə deyilir: “Gərək üsyankar insanlar Nikol Paşinyanın əslində necə biri olduğunu görsünlər, Yeni Ermənistanı, Styopa Safaryanı – silahla inqilabı qoruyan liberal siyasətçi “xadimi” tanısınlar. İctimaiyyət gərək aşkar olunmuş bu faktlarla bağlı öz münasibətini bildirsin. Çünki Nikol Paşinyana dözmək artıq həm təhlükəli, həm də mümkünsüzdür”, – sitatın sonu. (yenisabah)




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Paşinyanın “inkişaf” yalanı ifşa edilib
21.10.2019
Hər daşında bir tarix yatan Dənizli
21.10.2019
Rusiyanın Şimali Qafqaz Federal Dairəsi üzrə diaspor təşkilatı yaradılır
21.10.2019
Müstəqillik Günü Jitomir şəhərində qeyd olunub
21.10.2019
Rusiya azərbaycanlıları İttifaqının mərkəzi aparatı Sankt Peterburqa səfər təşkil edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info