Dövlət sərhədlərindən narkotik vasitələrin keçirilməsi cəhdlərinin qarşısı uğurla alınıb
Tarix: 21.09.2019 | Saat: 15:19:00 | E-mail | Çapa göndər



Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış və qoşun tədbirlərini uğurla davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, cari ilin avqustunda Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində və “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi planlaşdırılan 1 kiloqram 265 qram tiryək, 156 qram heroin və 107 qram metamfetamin aşkarlanaraq götürülüb. Faktlar üzrə cinayət işləri başlanılıb. Təqsirləndirilən 2 nəfər - Azərbaycan Respublikası vətəndaşları 1981-ci il təvəllüdlü Rzayev Bəhruz Şaird oğlu və 1981-ci il təvəllüdlü Rzayeva Pərvanə Əli qızı barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Sentyabrın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisindəki Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən naməlum şəxsin mühəndis çəpərinin üzərindən dörd bağlamanı atması və digər şəxsin bu bağlamanı götürərək ərazidən uzaqlaşması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadı dövlət sərhədini pozaraq bağlamanı atmış şəxsi təqib edərək İran İslam Respublikası vətəndaşı 1975-ci il təvəllüdlü Fərşad Sərhəngi Əliabbas oğlunu sərhəd pozucusu qismində saxlayıb.
Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində bağlamanı götürüb ərazidən uzaqlaşan şəxsin Azərbaycan Respublikasının vətəndaşı 1961-ci il təvəllüdlü Hüseynov Dilavər İsgəndər oğlu olması müəyyənləşdirilib. O, şübhəli şəxs qismində saxlanılıb. Dindirmə zamanı D.Hüseynov götürdüyü bağlamanı Astara şəhər sakini 1970-ci il təvəllüdlü Əliyeva Bahar Əsgər qızının evində gizlətdiyini bildirib. B.Əliyevanın evinə baxış zamanı dörd bağlamanın içərisində ümumi çəkisi 2 kiloqram 245 qram olan heroin aşkarlanaq götürülüb.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Mingəçevirdə evdən oğurluq edən şəxslər saxlanılıb
14.10.2019
İran-Azərbaycan sərhədində insident - 1 sərhədçi bıçaqlanıb
13.10.2019
Vasim Məmmədəliyev vəfat edib
13.10.2019
Gəncədə yanğın olub, sakinlər təxliyə edilib
13.10.2019
Çində yeməkxanada baş verən partlayışda 6 nəfər ölüb, 15 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info