Alma bağı salanlara şad xəbər!
Tarix: 21.09.2019 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Hər hektara 800 manat veriləcək

2020-ci ildən başlayaraq ilk dörd il ərzində intensiv alma bağlarının hər hektarına görə fermerlərə 800 manat subsidiya veriləcək.
Turkustan.info xəbər verir i, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov məlumat verib.
V.Hüseynovun sözlərinə görə, Aqrar Subsidiya Şurasının bu qərarı 2019-cu ildən salınmış alma bağlarına şamil edilir:
“Azərbaycanda 2020-ci ildən başlayaraq ilk dörd il ərzində intensiv alma bağlarının hər hektarına görə fermerlərə 800 manat subsidiya veriləcək. Beşinci ildən başlayaraq isə intensiv meyvə bağlarına 240 manat əkin subsidiyası ödənilməsi nəzərdə tutulur.
İntensiv alma bağı dedikdə, damcı suvarma sistemi ilə təmin olunmuş, bir hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar nəzərdə tutulur.
Aqrar Subsidiya Şurası 2019-cu ildən əvvəl salınmış intensiv meyvə bağlarına və intensiv olmayan meyvə bağlarına əkin subsidiyasını 1,2 əmsalla ödəyəcək. Bu kateqoriya bağların hər hektarına görə fermerlərə hər il 240 manat subsidiya veriləcək”.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info