Fuad getdi, sən də get, Əli Kərimli!
Tarix: 21.09.2019 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Jurnalist Oktay Hacımusalı Fuad Qəhrəmanlının istefasından sonra AXC sədri Əli Kərimlinin də istefa verməsini istəyib.
Trend bildirir ki, o, Fuad Qəhrəmanlının ailə zorakılığını müxalifətin iç üzü adlandırıb: "Selcan Yağmur çox ciddi faktlar açıqladı və elə məqamları ortaya çıxardı ki, illərdir siyasətdə olan, meydanlarda mövcud iqtidarı insan hüquq və azadlıqlarını pozmaqda günahlandıran, özü də ciddi anlamda iqtidar olmağa iddialı bir partiyanın bütün çirkabları artıq hər kəsin gözü önündədir. Fuad bəy birinci qızının "Facebook" profilinin oğurlandığını dedi, sonra aralarında anlaşılmazlıq yaşandığını qeyd etdi, daha sonra qızına "Allah bəlanı versin" mesajı göndərdi, lap axırda da ictimai qınağın təlatümlərinə duruş gətirə bilməyib AXCP sədrinin müavinliyindən istefa verdi. Bu istefanın özü belə radikal müxalifət cəbhəsində daxili "qanqrena"nın pik həddə çatdığını göstərir. Artıq radikallar içindən çürüyürlər. Bunların partiyadaxili demokratiya moizələri nə qədər boş və mənasızdır, bunu Azərbaycan cəmiyyəti elə ilk təkandaca hiss elədi. Və onu da hiss etdi ki, ideoloji doktrinanın mövcud olmaması qurumun fərdlərinə daha çox təsir edir, hətta bəzən onların şəxsi həyatlarının altını üstünə gətirir".
O.Hacımusalı bildirir ki, Azərbaycan cəmiyyəti həm də onu hiss etdi ki, ölkənin siyasi mənzərəsi ciddi çalarları ilə dəyişməli, yeniləşməlidir: "Artıq illərdir iqtidar eşqi ilə od tutub yanan, "sado-mazoxist", bolşevik və despot təfəkkür bir an öncə siyasi səhnəni tərk etməlidir. İstənilməmək sindromu bu insanları elə bir hala gətirib ki, onlar üçün müqəddəs heç nə qalmayıb. Adam rahatca yalan danışır, qarşısındakını suçlayır, onun üstünə ətrafındakı trol şəbəkəsini salır, təhqir etdirir, təhdidlər yağdırır, amma bir dəfə də olsun düşünmür ki, bu adam və onun ailəsi illərdir onun varlanması, kənardakı müəyyən qüvvələrdən qrant alması üçün əlindən gələni edib, xidmətində dayanıb. Nə olardı ki, etiraf edərdiniz Selcanın haqlı olduğunu, özünüzün və müavininizin yanlışlıq içində olduğunu, Əli bəy? Üzüyünüzün qaşı düşməzdi, hər halda! Tam tərsi, sizə baxıb digər siyasilər də örnək götürərdilər. Amma siz səhvləri etiraf etmək yerinə, özünümüdafiə yolunu tutdunuz və bu hadisələri guya şəxsinizə hücum olaraq dəyərləndirdiniz. Guya iqtidar bu hadisələri gündəmə gətirdi və sizin mitinq çağırışınıza kölgə salmaq niyyətini güddü? Balaca uşaqlara da desəniz, gülərlər buna".
Jurnalist sonda AXC sədrinə istefa verməyi məsləhət görüb: "Azərbaycan siyasətində yalandan publikaya oynamağı bir kənara qoyub istefa versəniz, əla olar, Əli bəy! Xalq bu dəqiqə bunu gözləyir sizdən! Fuad Qəhrəmanlı bu addımı atdı, indi növbə sizindir".




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
ƏƏSMN-nin bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib
22.10.2019
Müstəqil dövlət qurmaq xalqın intellekt səviyyəsinin, iradəsinin və gücünün təcəssümüdür
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info