“Özünədəstək” proqramının icrası ilə bağlı monitorinqin nəticələri açıqlanıb
Tarix: 29.08.2013 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


Bakıda “Birdəfəlik ünvanlı sosial yardım – “Özünədəstək” proqramının icrasının monitorinqi və aztəminatlı ailələrin məşğulluğa çıxış imkanlarının artırılmasına dəstək” pilot layihəsinin yekunlarına dair “dəyirmi masa” keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbirdə nazirliyin və əlaqədar hökumət qurumlarının, yerli və xarici qeyri-hökumət təşkilatlarının, xarici ölkə səfirliklərinin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən həyata keçirilən layihənin məqsədi “Özünədəstək” proqramının icrasının monitorinqi yolu ilə bu sahədəki dövlət siyasətinə və onun təkmilləşdirilməsinə texniki-metodiki dəstək vermək olub. Eyni zamanda, həmin proqramın mərhələli şəkildə bütün respublikada tətbiqini və yekunda proqramın ünvanlı dövlət sosial yardımı sistemini tədricən əvəzləməsini nəzərdə tutan təkliflərdən ibarət sənəd hazırlanıb.
Tədbirdə qeyd olunub ki, Xaçmazda və Bakının Nizami rayonunda proqramın əhatə etdiyi 51 ailədən 49-u arasında sorğu keçirilıb, yerində müşahidə və monitorinq işləri aparılıb. Monitorinq nəticəsində “Özünədəstək” proqramının həmin ailələrin 95 faizinin yaşayışında müsbət dəyişikliklər yaratdığı və onların reabilitasiya olunduğu müəyyən edilib.
QHT nümayəndələri bu proqramın hazırlanmasında və icrasında qeyri-hökumət təşkilatlarının yaxından iştirakının təmin olunduğunu bildiriblər.
Tədbirdə İqtisadi Tədqiqatlar Mərkəzinin obyektiv monitorinq apardığı vurğulanıb, proqramın təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb, müzakirələr aparılıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info