Erməni sərhədçiləri 3 azərbaycanlını oğurladı
Tarix: 29.08.2013 | Saat: 14:42:00 | E-mail | Çapa göndər


“Biz Gürcüstanın yeni hakimiyyətindən Ermənistanla Gürcüstan arasında sərhəd xəttini dəqiq müəyyənləşdirmək üçün delimitasiya və demarkasiya işlərini tezləşdirməyi tələb edirik”. Bu açıqlamanı “Sadaxlı Dirçəliş İttifaqı” təşkilatının sədri Sabir Mehdiyev verib.
Onun sözlərinə görə, Sadaxlı icra nümayəndəliyi inzibati ərazisinə 5 kənd (Sadaxlı, Burma, Təzəkənd, Xuldərə, Mollaoğlu) daxildir: “13 mindən çox əhalisi olan bu kəndlərin hamısı Ermənistan sərhədində yerləşir və bizim hüquqlarımız hər an tapdalanır. Biz qorxu içində yaşayırıq. İki gün bundan əvvəl erməni əsgərləri Sadaxlıdan Burma kənd sakini Kamal Hüseynov və daha iki nəfəri tutaraq yaxınlıqdakı sərhəd zastavasına aparıblar. Hadisə barədə Azərbaycan səfirliyi də məlumatlandırılıb. Marneuli polis idarəsi işə müdaxilə etdikdən sonra onları azad ediblər. Görəsən, bu, nə vaxtadək davam edəcək? Biz Gürcüstanın yeni hakimiyyətindən Ermənistanla Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyasını tezləşdirməyi tələb edirik. Biz sərhəd xəttinin haradan keçdiyini bilmirik. Ermənistanla Gürcüstanın sərhəd demarkasiyası hələ müəyyənləşdirilməyib. Erməni əsgərləri isə hər gün bir hadisə törədir. Bu yolverilməz hadisələrin sonluğu pis olacaq”.
S. Mehdiyev avqustun 17-də həbs olunan Allahverdi Pələngova qarşı “sərhədi keçib” ittihamı ilə Ermənistan Təhlükəsizlik İdarəsi tərəfindən cinayət işi qaldırıldığını, A. Pələngovun vəziyyətindən hələ də xəbərdar olmadığını bildirib.
Sabir Mehdiyev Ermənistanın Gürcüstan torpaqlarını işğal etməsi faktlarına ermənilərin yaşadığı bölgələrdə də rast gəlindiyini bildirib: “Ağkörpü kəndi Ermənistanla sərhəddə yerləşir. Bu kənddə ermənilər yaşayır. Həmin kənd Sadaxlıdan 10-15 kilometr aralıdadır. Bu yaxınlarda mənə məlumat verdilər ki, Ağkörpü kəndinin icra nümayəndəliyi Marneuli rayon icra hakimiyyətinə ərizə verərək məsələ qaldırıb ki, 2008-2011-ci illərdə Ermənistan onların 30 hektar torpağını zəbt edib. Onlar hətta torpaqların köhnə xəritəsini də ərizəyə əlavə ediblər. Lakin rayon rəhbərliyi onlara inanmayıb. Bu məsələ üzərində işləyirik. Faktları daha dəqiq təsdiqləmək üçün arqumentlər axtarırıq. Bundan sonra məsələ qaldıracağıq ki, Ermənistan nəyin əsasında deyir ki, biz sərhədi adlamışıq. Bizim Gürcüstan sərhədçilərimiz hara baxır? 4 nəfərimiz yoxa çıxıb, 100 nəfərimizi ermənilər tutdu, 1000 baş mal-qara, qoyun yox oldu. Bunları Gürcüstan sərhədçiləri görmür?”
Burma kənd sakini Allahverdi Pələngovun əmisi oğlu Ayaz Pələngov da APA-ya açıqlamasında Ermənistanla heç bir əlaqənin olmadığını və saxlanılan A. Pələngov haqqında heç bir məlumat verilmədiyini bildirib: “Mən yalnız Gürcüstan parlamenti Mahir Dərziyev ilə əlaqə saxlamışam. O mənə bildirib ki, Allahverdi Pələngovun işi ilə Gürcüstanın güc strukturları və Xarici İşlər Nazirliyi məşğuldur. Məndə yalnız o məlumat var ki, Ermənistan Allahverdi Pələngovu sərhədi qanunsuz keçməkdə günahlandırır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info