Sosis, kolbasa və palma yağı…
Tarix: 22.09.2019 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


Xərçəng riskini artırır

Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Nikosiyada “Türk Radiasiya Onkologiya Dərnəyi” tərəfindən təşkil edilən “Milli Radiasiya Onkologiya Konqresi”ndə çıxış edən Prof. Dr. Esra Kaytan və Prof. Dr. Gökhan Özyiğit sosis, kolbasa və bu formada istehsal edilən qida məhsullarının həmçinin Palma yağının zərərindən danışıblar.
Türk Radiasiya Onkologiya Dərnəyi Başqanı Prof. Dr. Esra Kaytan:
“Günümüzdə xərçəng xəstəliyi çox geniş yayılmışdır. Xərçəngin inkişafının qarşısını almaq və xəstəliyin uğurlu müalicəsi üçün şəkər ehtiyacınızı doşab, normada yemək şərti ilə xurma və əncir kimi faydalı meyvələrlə qarşılamaq, fruktoza tərkibli məhsullardan və palma yağından isə ümumiyyətlə uzaq durmaq lazımdır.
Palma yağı ilə bərabər ət məhsullarından çox istifadə etmək də təhlükəlidir. Belə ki, yeməklərimizin olmazsa olmazı olan qırmızı ətdən hər gün davamlı, soyutma halında gündə 100 qram, qızardılmış halda isə 50 qram yeyilməsi kifayət edir ki, xərçəng riski 18-20 % artsın. Ət məhsullarının gündəlik normadan artıq yeyilməməli olduğunu xüsusi vurğulamağı özümə borc bilirəm.”
Konqresin Elmi Proqram katibi Dr. Gökhan Özyiğit:
“Palma yağının qarşısı alınmalıdır. Təcrübələrimizdən aldığımız nəticə bizə bunu deyir. Bu yağlar xərçəngin 8-10dəfə, hətta daha çox sürətlə böyüməsinə və inkişafına səbəb olur. Dünya Sağlamlıq Təşkilatı sosis, kolbasa və kolbasa üsuluna bənzər formada və tərkibdə istehsal edilən məhsulları siqaretlə eyni kateqoriyada “Xərçəng risklilər” kateqoriyasında göstərib.
Bu məhsulların xərçəng əmələ gətirməsi üçün ondan davamlı istifadə kifayət edir. İmmunitet sistemi hər gün bu tip çirklənməyə məruz qalarsa, bunun qarşısını almaqda çətinlik çəkir və çox böyük fəsadlar əmələ gətirir. Bu səbəblə əgər nəfsinizə hakim ola bilmirsinizsə ifrata qaçmadan həftədə bir dəfə yemək olar”( Medicina.az)

Qeyd:
Əgər sosis və kolbasadan zəhərlənmə baş verərsə, mütləq qatıqdan istifadə edin. Bir kasa qatıq yüngül zəhərlənmənin qarşısını ala bilir.




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Şǝrq ölkǝlǝri koronavirusla bağlı tǝdbirlǝri artırır
27.02.2020
Koronavirusdan necə qorunmaq olar? - VİDEO
26.02.2020
Rusiyalı alimlər koronavirusa qarşı peyvəndin beş prototipini hazırlayır
26.02.2020
Türkiyǝli alimdǝn koronavirusla bağlı ixtira
26.02.2020
Türkiyə korona virusu ilə əlaqədar güclü tədbirlər həyata keçirdi

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11457

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
5 Gədəbəydə “ASAN Xidmət” modeli yaradıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info