Tadeuş Truskolyaski: “Bakı müasirliyi ilə bizi heyran edib”
Tarix: 29.08.2013 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Polşanın Belostok şəhərinin meri Tadeuş Truskolyaski Sumqayıt şəhəri ilə dostluq və əməkdaşlıq haqqında niyyət protokolunun imzalanması mərasimindən sonra bunları deyib: “Azərbaycanın paytaxtı müasirliyi, insanlarının gözəlliyi, mədəniyyəti və mehribanlığı ilə bizi heyran edib. Mən ilk dəfədir ki, buraya gəlirəm. Ölkəniz, onun qonaqpərvər xalqı haqqında çox eşitmişdim. Lakin inkişafın vüsətinin və miqyasının, möhtəşəm layihələrin uğurla həyata keçirilməsinin şahidi olmaq insanın qəlbini riqqətə gətirir. Qədim və müasir Bakı ecazkarlığı və əzəməti ilə göz oxşayır. İnsanların optimizmi, şən əhval-ruhiyyəsi, həyata pozitiv münasibəti adamı fərəhləndirir”. Belostokun meri bildirib ki, o, Sumqayıt, onun sənaye potensialı ilə tanış olduqdan, iqtisadi və investisiya əməkdaşlığının, biznesin inkişafının mümkün istiqamətlərini öyrəndikdən sonra Azərbaycanda, təkcə paytaxtın deyil, regionların da sürətlə inkişaf etdiyinə bir daha əmin olub. “Görüşümüz və protokolun imzalanması Sumqayıt ilə Belostok arasında dostluq və əməkdaşlıq yolunda atılan ilk addımdır. Azərbaycan ilə Polşa arasında səmimi münasibətlər vardır. Bu münasibətlər şəhərlərimiz arasında sıx əlaqələr üçün yaxşı zəmin yaradır”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info