Muxtar respublikada 247 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcək
Tarix: 23.09.2019 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


Muxtar respublikada 2019-cu ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra şəhər və rayon təhsil şöbələri də daxil olmaqla, ümumilikdə, 247 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcək. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə səsləndirilib. Təhsil naziri Rəhman Məmmədov müşavirədə çıxış edərək bildirib ki, bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Aparılan təhsil quruculuğu təkcə rayon mərkəzlərini deyil, eyni zamanda, ucqar dağ kəndlərini də əhatə edib ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə əlverişli şərait yaradıb. “Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin müasir istilik sistemi ilə təchiz olunması payız-qış mövsümündə onların fasiləsiz fəaliyyətini təmin edib. Ötən il təhsil müəssisələrinin 91 faizi istilik sisteminə malik idisə, bu il təhsil quruculuğu sahəsində aparılan işlər nəticəsində bu göstərici 95 faiz təşkil edir”, - deyən Rəhman Məmmədov vurğulayıb ki, 2019-2020-ci tədris ilinin payız-qış mövsümündə istilik sistemi quraşdırılmayan təhsil müəssisələrində tədrisin fasiləsizliyini təmin etmək üçün onların yanacaq, mal və materiallara olan tələbatı müəyyənləşdirilib. Bildirilib ki, yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin də sayının artmasına səbəb olub. Belə ki, 2019-2020-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərən 212 ümumtəhsil məktəbindən 209-u, yaxud 99 faizi birnövbəli rejimdə işləyəcək. Bu da tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə öz töhfəsini verəcək. Təhsil naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə nazirliyə payız-qış mövsümündə təhsil müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, yaradılan müasir təhsil infrastrukturlarının qorunması və onlardan səmərəli istifadə olunması tapşırılıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə bu istiqamətdə fəaliyyətini gücləndirəcək, istilik sistemlərində çalışan texniki işçilərin peşə kurslarına cəlbini diqqətdə saxlayacaq, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi, məktəblərdə elektrik enerjisindən səmərəli istifadə olunması, israfçılığa yol verilməməsi məqsədilə maarifləndirici söhbətlər aparacaq. Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası
16.10.2019
Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlərə 7 milyon manat ayrılıb
16.10.2019
Masallıda “Qarabağ Azərbaycandır !” şüarı adı altında gənclərin yürüşü və marafon qaçışı üzrə rayon birinciliyi keçirilib
16.10.2019
“QARABAĞ AZƏRBAYCANDIR!“: MASALLIDA TƏDBİR
16.10.2019
Sumqayıtda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info