Sloveniyada Gəncə şəhərinin təqdimatı keçirilib
Tarix: 29.08.2013 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Avropanın mərkəzində - Sloveniyada “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gəncə Avropa Gənclər Paytaxtı-2016” mövzusunda təqdimat mərasimi keçirilib.
İctimai Birliyin mətbuat katibliyindən bildirilib ki, “İntercultural sports Youth Exchange” beynəlxalq layihəsi çərçivəsində keçirilən mərasimdə Azərbaycan və Gəncə, ümumən müsabiqə haqqında ətraflı məlumat verilib və film nümayiş olunub. Yüksək diqqət və marağa səbəb olan tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Sloveniya, Gürcüstan, Norveç və Belarusdan ümumilikdə 60 gənc iştirak edib.
Məlumatda o da qeyd olunur ki, avqustun 17-dən 28-dək Sloveniyanın Gorenje pri Zrecah şəhərində keçirilmiş “İntercultural sports Youth Exchange” adlı beynəlxalq tədbirin rəsmi tərəfdaşlarından biri də “Odlar Yurdu” Gənclər İctimai Birliyidir. Azərbaycanın 5 nəfərlik nümayəndə heyəti ilə təmsil olunduğu layihənin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, idmanın həyatdakı roluna, asudə vaxtın səmərəli təşkilinə dair maarifləndirmə və gənclərin yeni vərdişlərə yiyələnmələrinə yardım etməkdir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Bu il Şəmkirdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılacaq
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info