İKT üzrə statistika beynəlxalq standartlara uyğunlaşdırılır
Tarix: 29.08.2013 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RITN) «Azərbaycanda 2013-cü ilin «İKT ili» elan edilməsi ilə bağlı Tədbirlər Planı» üzrə tədbirlərin icrasını davam etdirir. Tədbirlər Planında yer alan «İKT üzrə statistikanın beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi bəndi» üzrə işlər həyata keçirilir. RİTN-in verdiyi məlumata görə, bu bəndə müvafiq olaraq, cari il ərzində Dövlət Statistika Komitəsi (DSK) tərəfindən təsdiq olunmuş İKT üzrə hesabat formalarının təkmilləşdirilməsi məqsədilə rəsmi statistik hesabat formalarına dair təkliflər hazırlanaraq DSK-ya təqdim olunub. Ötən ilin yekunlarına görə, ölkədə İKT-nin tətbiq səviyyəsinin ölçülməsi üçün DSK tərəfindən cari ilin fevral-mart aylarında ev təsərrüfatlarında İKT-dən istifadəyə dair seçmə müşahidə keçirilib və müşahidənin nəticələrini əks etdirən «Azərbaycanda informasiya cəmiyyəti 2013» məcmuəsi nəşr olunub. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ölkələrin İKT statistikalarının beynəlxalq statistikaya uyğunlaşdırılması, MDB ölkələrinə bu sahədə köməkliklərin göstərilməsi, qarşılıqlı təkliflərin öyrənilməsi və müzakirələrin aparılması məqsədilə cari ilin aprelin 24-26-də Naxçıvanda «Rabitə/İKT göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması» adlı regional seminar keçirilib.
Hazırda İKT üzrə statistikanın beynəlxalq statistikaya uyğunlaşdırılması məqsədilə beynəlxalq təşkilatlar tərəfindən hər il doldurulması üçün təqdim olunan, lakin doldurulması mümkün olmayan göstəricilər hazırlanaraq iyun ayında DSK-ya təqdim olunub. Hazırda bu istiqamətdə birgə müzakirələr aparılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
19.02.2019
Şəhidlik ölməzlikdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info