Birinci vitse-prezidentin köməkçisi: Azərbaycanda islahat təşəbbüsləri həmişə olub, amma son dövrlərdə xüsusi vüsət alıb
Tarix: 24.09.2019 | Saat: 14:32:00 | E-mail | Çapa göndər





Azərbaycanda islahat təşəbbüsləri həmişə olub, amma son dövrlərdə xüsusi vüsət alıb. Trend-in məlumatına görə, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransı və “stm.az” saytının təqdimatında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov deyib. E.Hüseynov bildirib ki, bunun müəyyən obyektiv səbəbləri var:
“Azərbaycan müstəqillik qazandıqdan sonra keçmiş sovet respublikaları arasında ən dərin ressesiyaya məruz qalmış bir ölkə idi. Bunun obyektiv səbəbləri var idi. Ölkə hərbi təcavüzə məruz qalmışdı, ölkənin dövlətçiliyi, suverenliyi təhdid altında idi. Azərbaycanda iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı və qısa bir zamanda öz nəticəsini verdi və ressesiya aradan qaldırıldı.
İndiyə qədər Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib. Prezident İlham Əliyev silsilə fərmanlar imzalayıb. Aparılan tədqiqatlar göstərir ki, əhalinin böyük bir hissəsi Prezident tərəfindən aparılan islahatları dəstəkləyir”. E.Hüseynov vurğulayıb ki, aparılan islahatlar vətəndaşların maddi durumuna müsbət təsir göstərir: “2015-ci ildə neft qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsi nəticəsində ölkədə ikiqat devalvasiya baş verdikdən sonra əhalinin real gəlirləri azalmışdı. 2016-cı ildə inflyasiya ikirəqəmli səviyyədə idi, 2017-ci ildə də bu tendensiya davam etdi. Amma buna baxmayaraq həmin illərdə hökumət çox konservativ fiskal siyasət yürütdü. Əsas məqsəd makroiqtisadi sabitliyin bərpa olunması idi. Sözsüz ki, bu hədəfə nail olundu. Artıq 2019-cu ildə biz inflyasiyanın çox aşağı səviyyəsini müşahidə edirik. Real əməkhaqqının artım tempi inflyasiyanı iki-üç dəfə üstələyir. Digər tərəfdən insanların gəlirləri artdıqca biznes üçün imkan genişlənir ki, bu da növbəti dövrlərdə də iqtisadi artıma müəyyən təkanverici effektə malik olacaq".




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Sosial müdafiə sahəsində Azərbaycan, hesab edirəm ki, dünya miqyasında nümunəvi ölkədir
16.10.2019
Prezident: Minimum pensiyanın səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir
16.10.2019
Əmək miqrasiyası kvotası ilə bağlı təkliflər hazırlanıb
16.10.2019
Əmək müqavilələrinin sayı 126 min artıb
16.10.2019
Nazir daha iki rəis təyin etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info