Ukrayna Rusiya ilə dəniz sərhədlərini müəyyən etmək üçün “məcburi delimitasiya” təklif edir
Tarix: 24.09.2019 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Aleksandr Şipçov: “Dəniz sərhədləri dəqiq müəyyən edilmədən Ukrayna öz ərazi sularının böyük qismində suverenliyinin tam şəkildə reallaşdıra bilməz, eləcə də dəniz resurslarından istifadə edə bilməz”

Ukrayna Nəqliyyat Nazirliyinə tabe olan Dövlət Hidroqrafiya Komitəsi Rusiya ilə dəniz sərhədlərinin müəyyənləşməsi ilə bağlı “məcburi delimitasiya” ilə bağlı danışıqlara başlanması üçün çağırış edib. “Russia Today” xəbər verir ki, beynəlxalq hüquq məsəlləri üzrə ekspert olan Valeriy Vanin bu təşəbbüsün heç bir perspektivinin olmadığını açıqlayıb. Dövlət Hidroqrafiya Komitəsinin rəsmi saytında qurumun rəhbəri Aleksandr Şipçovun bəyanatı yerləşdirilib. Aleksandr Şipçovun bəyanatında qeyd edilir ki, dəniz hüququ ilə bağlı beynəlxalq normalar Kiyevə imkan verir ki, Moskva ilə dəniz sərhədlərinin müəyyənləşdirilməsi üçün “məcburi danışılar proseduruna” başlasın. Qeyd edilir ki, 2003-cü ildə Rusiya və Ukrayna arasında Azov dənizi və Kerç boğazından istifadə ilə bağlı sənəd imzalanıb. Həmin sazişə əsasən dəniz sərhədləri tərəflər arasında imzalanacaq sənədə əsasən müəyyən ediləcək. Amma bundan sonra heç bir sənəd imzalanmayıb. Ona görə də tərəflər arasında dəniz sərhədi faktiki olaraq mövcud deyil. Dövlət Hidroqrafiya Komitəsi hesab edir ki, dəniz sərhədləri dəqiq müəyyən edilmədən Ukrayna öz ərazi sularının böyük qismində suverenliyinin tam şəkildə reallaşdıra bilməz, eləcə də dəniz resurslarından istifadə edə bilməz. Komitə kimi 2018-ci ildə Avstraliya ilə Şərqi Timor arasında həyata keçirilən “məcburi” delimitasiyaya presedent kimi istinad edir. Həmin vaxt tərəflər Timorun təşəbbüsü ilə yaradılan komissiyanın işinin nəticəsi olaraq könüllü şəkildə delimitasiya ilə bağlı sənədə imzalayıblar.

Valeriy Vanin: “Rusiya ilə Ukrayna arasında bütün məsələlər 2003-cü ildə imzalanan saziş əsasında həll edilməlidir. “Məcburi delimitasya” proseduru istisna edilir”

Dövlət Hidroqrafiya Komitəsi hesab edir ki, hazırda Rusiya ilə hansısa saziş imzalanmasına ümid etmir. Amma beynəlxalq komissiyanın işi saziş imzalanması üçün siyasi-diplomatik əsas ola bilər. Beynəlxalq hüquq məsələləri üzrə ekspert olan Valeriy Vanin resab edr ki, Rusiya ilə Ukrayna arasında bütün məsələlər 2003-cü ildə imzalanan saziş əsasında həll edilməlidir. “Məcburi” delimitasya proseduru istisna edilir: “Hər bir dövlətin öz suverenliyi var. Heç bir dövləti hansısa qərarı icra etməyə məcbur etmək olmaz”. Ekspertin fikrincə, bu məsələnin ortaya atılması vəziyyəti daha da gərginləşdirməyə hesablanıb. Xatırladaq ki, 2003-cü ildə imzalanan sənədə əsasən Azov iki dövlətin daxili istifadəsi üçün nəzərdə tutulub. Üçüncü ölkənin hərbi gəmisi ancaq iki ölkədən birinin limanına gedirsə Azov dənizinə daxil ola bilər. Bunun üçün də həmin liman sahibi ölkənin digər ölkə ilə razılığı əsasında dəvəti və icazəsi olmalıdır. Ukraynanın keçmiş xarici işlər naziri Klimkin deyib ki, Kiyev xarici tərəfdaşları ilə Azov dənizini adi ərazi suyu kimi tanınması ilə bağlı danışıqlar aparır.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Səudiyyə Ərəbistanının tac şahzadəsi Çeçenistana səfər edəcək
14.10.2019
“Qolos Armenii”: “Paşinyan ölkəni cəhənnəmə çevirməkdədir”
13.10.2019
Putin MDB dövlət başçılarını Sankt-Peterburqdakı sammitə dəvət edib
12.10.2019
İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi
12.10.2019
Suriya ərazisindən Türkiyənin yaşayış sahəsi atəşə tutulub, ölənlər var

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info