İnsan alveri qurbanları üçün yeni layihə
Tarix: 24.09.2019 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti 2019-cu il üzrə 5-ci qrant müsabiqəsinin qalibi olub.
İnsan alverinin qurbanları və potensial insan alveri qurbanları üçün sığınacağın fəaliyyətinin gücləndirilməsi üzrə layihənin müddəti 3 aydır. Oktyabrın 1-də başlayacaq və dekabrın 31-də yekunlaşacaq layihə çərçivəsində 30 nəfər reabilitasiya və reinteqrasiya prosesinə cəlb olunacaq.
Sığınacaqda məskunlaşan insan alveri və potensial qurbanların reabilitasiyası və reinteqrasiyası məqsədilə layihə 6 komponenti özündə əks etdirəcək.
1. İnsan alveri və potensial qurbanların müəyyən edilməsi, sığınacaqla təmin edilməsi;
2. İnsan alveri və potensial qurbanların ehtiyaclarının qiymətləndirilməsi, qida , geyim, təhsil, sosial, psixoloji, hüquqi və sağlamlıq problemlərinin həlli;
3. Sığınacaqda yaşayan insan alveri və potensial qurbanları üçün reabilitasiya;
4. İnsan alveri və potensial qurbanları üçün sığınacaqda yaşayan qurbanların reabilitasiyası prosesində müxtəlif seminarların təşkili (könüllü);
5. İnsan alveri və potensial qurbanların peşə bacarıqlarının artırılması (art terapiya,tikmə,hörmə bacarıqları)
6. İnsan alveri və potensiali qurbanlarının iqtisadi imkanları gücləndirmək məqsədi ilə praktik peşə bacarıqlarının artırılması,iş yerlərinin tapılması.
Layihənin icrası zamanı məxfiliyin gözlənilməsi şərti ilə dövlət qurumları, qeyri-hökumət təşkilatları, Beynəlxalq Təşkilatlar və o cümlədən KİV-lə sıx əməkdaşlıq ediləcək. Layihə Daxili İşlər Nazirliyi, Azərbaycan Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun icrasına birgə dəstək və əməkdaşlığı çərçivəsində “Təmiz dünya” təşkilatı vasitəsilə icra ediləcək.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası
16.10.2019
Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlərə 7 milyon manat ayrılıb
16.10.2019
Masallıda “Qarabağ Azərbaycandır !” şüarı adı altında gənclərin yürüşü və marafon qaçışı üzrə rayon birinciliyi keçirilib
16.10.2019
“QARABAĞ AZƏRBAYCANDIR!“: MASALLIDA TƏDBİR
16.10.2019
Sumqayıtda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info