Ermənistanda “siyasi intihar”lar başlayıb: sabiq naziri susdurdular
Tarix: 24.09.2019 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Ermənistan polisinin sabiq rəisi Ayk Arutyunyanın bağ evində meyiti aşkar edilib. İstintaqın ilkin versiyasına görə, intihar kimi qəbul edilən bu ölüm hadisəsi baş verərkən, sabiq polis rəisi evdə tək olmayıb.
Xatırladaq ki, Arutyunyanın cəsədi sentyabrın 23-də axşam aşkar edilib. “Sputnik Armenii” saytının məlumatına görə, həmin gün Arutyunyanın mülkündə gecələyən qonaq atəş səsinə qonşu otağa keçərkən, sabiq polis rəisinin cansız cəsədini aşkar edib. Gördüklərindən həyəcanlanan qonaq qadın baş verənlər barədə polisə məlumat vermək üçün yoldan keçənlərdən kömək istəyib. Onu da qeyd edək ki, hadisənin baş verdiyi mülk Arutyunyana məxsus olub. Təqaüdə çıxan sabiq polis rəisi vaxtının çoxunu şəhərkənarı Bjnidəki mülkində keçirirmiş. Son günlərini isə o mütəmadi olaraq bu malikanədə yaşayıb. Maraqlıdır ki, cinayət hadisəsindəki bəzi gizli məqamlara baxmayaraq, erməni polisi bu hadisəni hələ ki, intihar kimi qələmə verməkdədir. Lakin daha maraqlısı budur ki, axtilə Ayk Arutyunyanla birgə işləmiş bəzi həmkarları bu hadisənin intihar hadisəsi olmasına tərəddüdlə yanaşırlar. Məsələn, vaxtilə polis rəisliyini Arutyunyandan qəbul edən Alik Sarkisyan “hətta ən güclü və iradəli insanın da intihar edə biləcəyinə” tərəddüdlə yanaşdığını gizlətməyib. Arutyunyanı xalqını sevən bir adam kimi tanıdığını bildirən Sarkisyan onunla bir neçə gün əvvəl küçədə rastlaşdığını və onda həyatdan küskünlüklə bağlı heç bir əlamət görmədiyini bildirib. Ermənistanda 2008-ci ilin 1 mart hadisələri ilə bağlı istintaqın hələ bitmədiyini, bu hadisələrlə birbaşa əlaqəsi olmayan bəzi şəxslərin də məhkəməyə cəlb edilməsini özləri üçün təhqiramiz hesab edənlər sırasında Arutyunyanın da olduğunu istisna etməyən Sarkisyan həmkarının ölümündə bu versiyanın ola biləcəyini istisna etmir: “Məhz bu mənada istintaqın sonunu gözləmək lazımdır. Çünki nəyin nə olduğu həmin vaxt aydın olacaq. Bəlkə Arutyunyan ölümündən qabaq nə isə bir qeyd qoyub və ya qohumlarına nə isə çatdırıb. Ona görə də gözləmək məcburiyyətindəyik”.
Qeyd edək ki, 1999-2003-cü illərdə Ermənistanda daxili işlər naziri vəzifəsini icra edən Ayk Arutyunyan 2003-2008-ci illərdə polis rəisi, 2010-cu ildən 2014-cü ilə qədər isə Ermənistan Ədliyyə Nazirliyinin cinayət-icra şöbəsinə rəhbərlik edib. Xatırladaq ki, Paşinyan hakimiyyətə gəldikdən sonra 2008-2016-cı illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsində çalışan general-polkovnik Yuri Xaçaturovun və Müdafiə Nazirliyinin keçmiş rəsmisi Mikael Arutyunyanla bağlı “1 mart davası” adlı istintaq işinə başlanılın. Xaçaturov və Arutyunyan məhz Paşinyanın göstərişi ilə ölkədə konstitusiya quruluşunu devirməkdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilmişdilər. Ən önəmlisi isə budur ki, Arutyunyan 1 mart hadisələri ilə bağlı sənədləri saxtalaşdırma faktı ilə bağlı işin şahidlərindən biri idi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.10.2020
Ən ağrılı kompromisə hazırıq - Paşinyan ağ bayraq qaldırdı
26.10.2020
Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər
26.10.2020
Ermənistan cəsədləri götürməkdən imtina edir
26.10.2020
Üç gündür acıq, gətirib atıblar bura, gediblər - Erməni hərbçilər
26.10.2020
Ermənistan təyyarələri Rusiyadan silah daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Xudatda əsgər ailələrinə yardım paylanılıb
2 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info