Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasına üzv seçilib
Tarix: 29.08.2013 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


BMÜTT-nin Avropa Komissiyasının 2014-cü il iclasının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında Azərbaycanın nümayəndə heyəti Zambiya və Zimbabvedə keçirilən BMÜTT Baş Assambleyasının 20-ci sessiyasında iştirak edir. Sözügedən tədbir çərçivəsində keçirilmiş növbəti iclas 29 avqust 2013-cü il tarixində Zambiyanın Livinqston şəhərində baş tutub. Sessiya zamanı Azərbaycanın BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə namizədliyi müzakirə olunub və ölkəmizin şuraya üzvlüyü təsdiqlənib. Qeyd edək ki, Avropa qitəsinin 4 dövlətinin (Azərbaycan, Almaniya, Serbiya və Bolqarıstan) sırasında Azərbaycan üzvlüyə 25 səslə birinci olaraq seçilib. Ümumilikdə, seçilmiş dörd ölkə üzrə səslərə gəldikdə, Azərbaycan 25, Almaniya 24, Serbiya 20, Bolqarıstan 18 səs toplanılıb. Eyni zamanda, Azərbaycanın təklifi nəzərə alınaraq BMÜTT-nin Avropa Komissiyasının 2014-cü il iclasının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul olunub. Qeyd edək ki, sözügedən qərarların müzakirəsi zamanı Ermənistanın nümayəndə heyəti etirazını bildirib, lakin Ermənistanın mövqeyi digər iştirakçılar tərəfindən dəstəklənməyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin və xüsusilə ölkəmizin İspaniya Krallığındakı səfirliyinin bu nailiyyətlərin əldə olunmasında əvəzedilməz rolunu qeyd etmək zəruridir. BMÜTT-nin fəalliyəti çərçivəsində əldə olunan nailiyyətlər Azərbaycanın turizm dünyasında nüfuzunun artırılmasının və ölkəmizin dünyadakı imicinin göstəricisidir. Turizm sahəsində əldə olunmuş statistik rəqəmlər bu nüfuzun artırılmasının daha bir təsdiqidir. Belə ki, 2012-ci və 2013-ci ilin yarımilliklərinə nəzər salsaq görərik ki, turistlərin sayındakı artım dünya və Avropa üzrə 5% təşkil etdiyi halda, Azərbaycanda turist axımının artımı 10% səviyyəsində müşahidə olunub. Bununla, Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, turizm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, ölkələrarası dialoqun və gələcək əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaranır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info