Bişkekdə Qırğızıstan-Türkiyə İş Forumu
Tarix: 24.09.2019 | Saat: 23:31:00 | E-mail | Çapa göndər



Qırğızıstan prezidenti Sooronbay Ceenbekov Türkiyənin Qırğızıstana ölkənin müstəqilliyə qovuşduğu gündən bəridir 600 milyon dollar məbləğində sərmayə qoyduğunu ifadə etdi.


Türkiyədən iş adamının Bişkekdə tikdiyi oteldə keçirilən Qırğızıstan-Türkiyə İş Forumunda Qırğızıstandan nazirlər və millət vəkilləri, Türkiyədən mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Dünya Etnospor Konfederasiyasının başçısı Bilal Ərdoğan və iki ölkənin iş adamları qatıldı.
Jeenbekov burada etdiyi çıxışda "Prezident Rəcəb Tayyib Ərdoğanla görüşümüzdə iki ölkənin ticarət həcmini indiki 400 milyon dollardan 1 milyard dollara qədər artırmaq imkanlarını müzakirə etdik. Bunun üçün bu hədəfə doğru addım atmalıyıq" dedi.
Jeenbekov türk investorlarını Qırğızıstanda nəqliyyat, enerji, rabitə texnologiyaları və turizm sektoruna investisiya qoymağa dəvət etdi.
"Türk iş adamlarını sərmayə qoymağa dəvət edirəm. Türk tərəfdaşlarımıza bütün qapılar hər zaman açıqdır. Türk tərəfdaşlarımızla çoxtərəfli şəkildə əməkdaşlığımızı gücləndirmək istəyirik" dedi.
Sooronbay Ceenbekov Qırğızıstanın ətini, istehsal edilən bal, qoz, quru paxla və qurudulmuş meyvə növlərini Türkiyə bazarında görmək istədiklərini ifadə etdi.
Jeenbekov Qırğızıstanda sərmayə qoymaq üçün şərtlərin asanlaşdırıldığını bildirdi.
"Qırğızıstanda yeni bir iş qeydiyyatı 3 gündə reallaşa bilər. Yeni şirkətlər 3 il müddətində vergilərdən azad edilir. Əlavə vergi 12 faiz, qazanc vergisi və gəlir vergisi isə 10 faizdir. Texnologiya idxal edən şirkətlər gömrük rüsumundan azad edilir" dedi.
Gələcək ay prezident Ərdoğanla Azərbaycanda görüş keçirəcəklərini söyləyən Jeenbekov bu görüşü səbrsizliklə gözlədiyini söylədi.




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
“DQR“in müdafiə naziri öldürüldü ..?
26.10.2020
Ən ağrılı kompromisə hazırıq - Paşinyan ağ bayraq qaldırdı
26.10.2020
Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər
26.10.2020
Ermənistan cəsədləri götürməkdən imtina edir
26.10.2020
Üç gündür acıq, gətirib atıblar bura, gediblər - Erməni hərbçilər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Xudatda əsgər ailələrinə yardım paylanılıb
2 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info