Yusif Bağırzadə: “AMİP “milli şura”nın vahid namizədini qəti surətdə dəstəkləməyəcək”
Tarix: 29.08.2013 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


“AMİP seçkilərdə “milli şura”nın vahid namizədi də daxil olmaqla, heç bir namizədi dəstəkləməyəcək”.Bu açıqlamanı Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə verib.
Y. Bağırzadə AMİP-in seçkilərlə bağlı mövqeyini açıqlayaraq bildirib ki, partiya seçkilərdə öz namizədi ilə iştirak etməmək barədə qərar verib. Onun sözlərinə görə, partiya yalnız seçkiləri müşahidə edərək qiymət verəcək və seçki prosesinin nəticələri barədə ictimaiyyəti məlumatlandıracaq.
Y. Bağırzadə onu da qeyd edib ki, partiya onun prezidentliyə namizəd olmasını təklif etsə də, o, müəyyən səbəblərə görə, bu təklifdən imtina edib: “AMİP çoxpartiyalı sistemin əsasını qoyan bir partiya olaraq, həmişə həm parlament, həm bələdiyyə, həm də prezident seçkilərində iştirak edib. Baxmayaraq ki, partiya sədr olaraq mənim seçkilərdə iştirakımı istəyir, mən öz konstitusion hüququmdan istifadə edərək seçkilərdə iştirakdan imtina edirəm. Partiyamız seçkilərdə müşahidəçi, seçki prosesini izləyən bir siyasi təşkilat kimi iştirak edəcək. Bu barədə Mərkəzi Şuranın qərarı olacaq. Eyni zamanda AMİP olaraq, heç kimin namizədliyini dəstəkləməyəcəyik. Şayiələr yayılır ki, guya biz “milli şura”da kiminsə namizədliyini dəstəkləyəcəyik. Bu iddialar həqiqətə uyğun deyil. AMİP “milli şura”nın vahid namizədini qəti surətdə dəstəkləməyəcək”.
AMİP sədrinin fikrincə, bu seçkilərdə sosial bazası daha güclü olan Yeni Azərbaycan Partiyasının namizədi qalib gələcək: “Çünki hakim partiya seçkilərə kifayət qədər güclü hazırlaşıb və YAP-ın namizədi seçkiyə qatılan namizədlərdən daha şanslıdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info